Icma.az
close
up
RU
2024cü ili idman zirvəsinə çevirənlər

2024cü ili idman zirvəsinə çevirənlər

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğı bu sahədə yeni uğurlar və möhtəşəm qələbələrin əldə edilməsi üçün geniş imkanlar açır. Yenicə yola saldığımız 2024-cü il də ölkə idmanı tarixində böyük nailiyyətlərlə dolu il kimi yaddaşlara həkk olundu. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev  2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə 2024-cü ilin də Azərbaycan idmanı üçün uğurlu olduğunu vurğulayıb. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdikləri, 1700-ə yaxın medal qazandıqları qeyd edilib. Dövlətimizin başçısı son Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələri də yüksək qiymətləndirib. Bildirib ki, bu, idmanımızın inkişaf etdiyini, yeni nəsil idmançıların yetişdiyini və beləliklə, Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini göstərir. 

Qeyd edək ki, komandamız ötən il keçirilən Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə edib. 2 qızıl, 2 gümüş və 3 bürünc qazanan ölkəmiz medal sıralamasında 30-cu yeri tutub. Müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edən Azərbaycan olimpiyalar tarixində ən yüksək uğurunu qazanıb. İdmançılarımız Dünya, Avropa çempionatlarında, digər nüfuzlu yarışlarda möhtəşəm qələbələr qazanıblar. Təbii ki, ötən il əldə edilmiş gözəl nəticələrdən sonra növbəti yarışlarda da xalqımız idmançılardan böyük nailiyyətlər gözləyir. 

Ötən ili böyük qələbələrlə başa vurmuş idmançılarımızın bir neçəsi ilə yeni ilin ilk həftəsində görüşüb, arzularını dinlədik. Vətəni layiqincə təmsil edərək onun şöhrətini daha da yüksəldən idmançılarımız növbəti yarışlara da qələbə əzmi ilə qatılacaqlar.

İmaməddin Xəlilov, parataekvondoçu, Paris Paralimpiadasının qalibi:

– 2024-cü il karyeramda ən uğurlu il oldu. Dünya və ikinci dəfə Avropa çempionluğunu qazandım. Azərbaycanın Paralimpiya çempionu olan ilk parataekvondoçusu oldum. Paris Paralimpiadasında qarşılaşmalararası fasilədə sosial şəbəkələrdə yazılan şərhləri oxuyurdum. Bu şərhlər mənə mənəvi güc verirdi. Xalqın inamını doğrultmağa çalışırdım. Mənə bəslənilən ümidlər mübarizə ruhunu daha da artırırdı. 2024-cü ildə bu nəticələrlə bütün çəkilər üzrə dünyanın ən güclü kişi idmançısı seçildim. Ötən ildə unudulmaz anlardan biri də, cənab Prezidentin öz ad günündə mənə mənzilin orderini təqdim etməsi oldu. 

Bu il əsas hədəf bütün yarışları qalib başa vurmaqdır. Həm də məni özünə örnək seçən uşaqlara görə qələbə seriyasını davam etdirmək istəyirəm. İstəyirəm ki, onlar hər zaman qələbə əzmi ilə mübarizə aparsınlar. O zaman istəklərinə çatacaqlar. 

Dadaş Dadaşbəyli, ağırlıqqaldırma üzrə Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu:

– Ötən il idman karyeramın ən böyük uğurlarını qazandım. 2024-cü ildə Avropa çempionu oldum, 3 qızıl medala sahib oldum. Dünya kubokunda 3 gümüş medal qazandım. Ötən il ağır əməliyyatlar keçirdiyimdən bərpa prosesi çətin oldu. Dünya çempionatına hazırlıq gərgin zəhmət tələb edirdi. Kamran Nəbizadə başda olmaqla, Federasiya rəhbərliyi, xüsusən vitse-prezident Firdovsi Umudovun göstərdiyi qayğı, diqqət nəticəsində mundiala yüksək səviyyədə hazırlaşa bildim. Dünya çempionatının gümüş medalını qazandım. 

Bu il bizi nüfuzlu yarışlar gözləyir. Amma əsas hədəf “Olimpiada-2028”dir. Ən böyük arzum ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edib, bayrağımızı yüksəklərdə dalğalandırmaqdır. Bunun üçün öz üzərimdə yorulmadan işləyəcəyəm.

Həsrət Cəfərov, Paris Olimpiadasının güləş üzrə bürünc mükafatçısı:

– Yeniyetmələr arasında Avropa, gənclərdə Avropa, Dünya çempionu olmuşam. 23 yaşadək idmançılar arasında da dünya çempionatının qalibi olmuşam. Böyüklər arasında ilk nailiyyətlərimi 2023-cü ildə əldə etmişəm. Dünya çempionatının gümüş, Avropa çempionatının isə qızıl medalını qazanmışam. Ötən il 2-ci dəfə Avropa çempionu oldum.  

“Paris-2024”də şanslarım yüksək qiymətləndirilirdi. Olimpiadadan əvvəl Dünya Güləş Birliyinin reytinq cədvəlində birinci pillədə qərarlaşmışdım. Parisdə özüm də qızıl medal üçün güləşirdim. Finala gedən yolda Ukrayna təmsilçisinə fənd tətbiq etdiyim zaman səhvə yol verdim. Əks fəndə düşdüm və finalı əldən verdim. Paris Olimpiadası zamanı 21 yaşım var idi. Düşünürəm ki, növbəti olimpiadalarda çıxış etmək şanslarım qalır. Onun üçün də indidən çalışmalıyam. 

Güləşçilərimiz hər zaman yüksək nailiyyətləri ilə xalqımızı sevindiriblər. Bu il bizi Dünya, Avropa çempionatları, MDB Oyunları və digər mötəbər yarışlar gözləyir. Builki əsas hədəf də bu yarışlarda yüksək nəticələr qazanmaqdır. 

Məhəmməd Abdullayev, boksçu, Paris Olimpiadasında Azərbaycanın bayraqdarı:

– 2024-cü il mənim üçün bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Dördilliyin ən nüfuzlu idman yarışı – Paris Oyunlarında Azərbaycan komandasının bayraqdarı kimi şərəfli missiyanı yerinə yetirdim. Ötən il Bakıda ilk dəfə keçirilən İBA Çempionlar Gecəsində 8 raundluq qarşılaşmada qələbə qazandım. Bu ilin fevralında analoji yarışda daha bir görüş keçirəcəyəm. 

Dünya çempionatının ikiqat bürünc mükafatçısıyam. Arzularımdan biri mundialda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmaqdır. Növbəti dünya çempionatında “bürünc”ü  “qızıl”a çevirməyə çalışacağam. 

Azərbaycan idman ölkəsi kimi şöhrət qazanıb. Atletlərimiz dünyanın ən nüfuzlu yarışlarından Vətənə böyük qələbələrlə qayıdırlar. İnanıram ki, builki yarışlarda da böyük nailiyyətlər qazanıb, Azərbaycan bayrağını yüksəklərdə dalğalandıracağıq. 2025-ci ildə bizi daha böyük qələbələr gözləyir.

Leyla QURBANOVA 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see314

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see309

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see224

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see221

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see195

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see189

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri