Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"2025-ci ildə əhalinin 54%-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb”.
Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir:
"Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb".
Zaur Əliyev qeyd etdi ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9%-ə yaxın artım deməkdir.
Nuriyyə NATİQQIZI