2025 ci ildə əhalinin 54% i icbari tibbi sığorta xidmətlərindən yararlanıb Zaur Əliyev
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"2025-ci ildə əhalinin 54%-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb”.
Redaktor.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir:
"Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb".
Zaur Əliyev qeyd etdi ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9%-ə yaxın artım deməkdir.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















