2025ci ildə Azərbaycanda ÜDMin artım tempi 3,5 faiz proqnozlaşdırılır AZƏRTAC | Icma.az
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 dekabr, AZƏRTAC Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə 4,9 faiz real artım tempi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.Baş nazir bildirib ki, büdcənin hazırlanması zamanı cari vəzifələr, milli inkişaf məqsədlərinə nail olmaq üçün prioritet xərc istiqamətləri və yeni layihələrin uğurlu həyata keçirilməsi üçün büdcədə zəruri maliyyə təminatı yaradılıb.
“Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir.
Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini - 8,6 milyard manat təşkil edir”, - deyə Ə.Əsədov vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu