2025ci ildə Azərbaycanda ÜDMin artım tempi 3,5 faiz proqnozlaşdırılır AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 dekabr, AZƏRTAC
Makroiqtisadi proqnozlara əsasən, 2025-ci ildə ümumi daxili məhsulun 3,5 faiz (129,2 milyard manat), qeyri-neft sektoru üzrə 4,9 faiz real artım tempi proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, büdcənin hazırlanması zamanı cari vəzifələr, milli inkişaf məqsədlərinə nail olmaq üçün prioritet xərc istiqamətləri və yeni layihələrin uğurlu həyata keçirilməsi üçün büdcədə zəruri maliyyə təminatı yaradılıb.
“Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir. Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20,6 faizini - 8,6 milyard manat təşkil edir”, - deyə Ə.Əsədov vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















