Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Biz tərəfdaşlarımız, xüsusilə ABŞ və Avropa İttifaqının dəstəyinə ümid edirik..." Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, bu il müharibəni şərəflə başa çatdırmaq üçün əlindən gələn hər şeyi edir.
Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyada Ukraynanın müdafiə məsələləri üzrə "Ramştayn-25" Təmas Qrupunun iclasında çıxışı zamanı bildirib.
Məlumatı "5.ua" nəşri yayıb. "Bu il Ukrayna və bütün Avropa üçün bu müharibəni şərəflə başa çatdırmaq üçün əlimdən gələn hər şeyi edirəm.
Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız xatırlamalıyıq ki, müharibəni dayandırmaq Rusiyanın deyil, bizim ümumi məqsədimizdi
Bu, ukraynalıların, avropalıların, amerikalıların və bir çox qlobal tərəfdaşlarımızın istədiyi bir şeydir", - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi uzaq ölkələr də Ukraynaya sülh arzulayır.
Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, məsələ ondadır ki, Rusiya diktatoru Vladimir Putin yalnız təcavüzə sərmayələr çərçivəsində qalmaqla kifayətlənmir, həm də səylərini ikiqat artırır.