Icma.az
close
up
RU
2025ci ildə müharibənin şərəflə başa çatdırılması üçün əlimdən gələn hər şeyi edirəm Zelenski

2025ci ildə müharibənin şərəflə başa çatdırılması üçün əlimdən gələn hər şeyi edirəm Zelenski

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Biz tərəfdaşlarımız, xüsusilə ABŞ və Avropa İttifaqının dəstəyinə  ümid edirik..."

Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, bu il müharibəni şərəflə başa çatdırmaq üçün əlindən gələn hər şeyi edir.

Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyada Ukraynanın müdafiə məsələləri üzrə "Ramştayn-25" Təmas Qrupunun iclasında çıxışı zamanı bildirib. Məlumatı "5.ua" nəşri yayıb.

"Bu il Ukrayna və bütün Avropa üçün bu müharibəni şərəflə başa çatdırmaq üçün əlimdən gələn hər şeyi edirəm. Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız xatırlamalıyıq ki, müharibəni dayandırmaq Rusiyanın deyil, bizim ümumi məqsədimizdir.

Bu, ukraynalıların, avropalıların, amerikalıların və bir çox qlobal tərəfdaşlarımızın istədiyi bir şeydir", - deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi uzaq ölkələr də Ukraynaya sülh arzulayır.

Eyni zamanda, Zelenskinin qeyd etdiyi kimi, məsələ ondadır ki, Rusiya diktatoru Vladimir Putin yalnız təcavüzə sərmayələr çərçivəsində qalmaqla kifayətlənmir, həm də səylərini ikiqat artırır.

"O, hətta, əslində, bu müharibəni davam etdirmək üçün Şimali Koreyadan əsgər cəlb etməyə başlayıb. Şimali Koreya müasir müharibəni öyrənir. Onlar öz xalqına dəyər vermir, onlar bu günə qədər 4 min nəfər əsgərini itirib. Amma Pxenyan müharibənin bəlkə də Hind-Sakit okean regionuna keçirmək üçün

təcrübə qazanır", - Zelenski deyib.

Bununla yanaşı, Ukrayna prezidentinin fikrincə, Şimali Koreya ilə bu sövdələşmə Putinin zəifliyini göstərir, çünki Moskvadanın heç bir hökmdarı ciddi problemlərlə üzləşməsəydi, Pxenyanda dilənçilik edəcək səviyyəyə enməzdi.

Rusiyaya qarşı sanksiyalar: Zelenskinin təklifləri

Ukrayna prezidentinin fikrincə, bu kontekstdə Rusiyaya təzyiqi davam etdirmək lazımdır.

"Bu, əsgərlərimizin lazım olan silahları almasını təmin edən bir şeydir. Buna görə də sanksiyalar lazımdır. Və mən bütün tərəfdaşlarımızdan, xüsusilə ABŞ və Avropa İttifaqından Rusiyanın enerji sektoruna təzyiqi artırmasını xahiş edirəm. Rusiyanın enerji sektorunun hər bir elementinə sanksiya tətbiq edilməlidir və Rusiyanın tanker donanması dayandırılmalıdır", - o, deyib.

"Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi ötənilkindən 25 faiz çoxdur. Əgər biz qətlləri dayandırmaq istəyiriksə, Putinin pul axınını kəsməliyik. Putin yalnız o zaman sülh haqqında düşünməyə başlayacaq ki, yaxın ətrafı ona pulunun qalmadığını desin", - Zelenski vurğulayıb.

Xatırladaq ki, yanvarın 9-da ABŞ Ukrayna üçün 500 milyon dollar dəyərində yeni yardım paketi elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri