Icma.az bildirir, Ses qazeti portalına istinadən. Noyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial si
İclasda 2025-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı vacib məqamlardan danışılıb.
Milli Məclis sədrinin 1-ci müavini Əli Əhmədov vurğulayıb ki, növbəti ildə Azərbaycan hökumətinin əsas prioritetləri ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, dövlət təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin miqyasının genişləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün layihələrin reallaşdırılması ilə bağlıdır.
Parlamentin 1-ci vitse-spikeri 2025-ci il dövlət büdcəsinin əsas parametrləri ilə bağlı diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyard 367,6 milyon manat proqnozlaşdırılır.
O, qeyd edib ki, büdcə xərclərinin artırılması isə hökumətin insanların rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirmək və buna nail olmaq niyyətini özündə ehtiva edir.
Maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
O, bildirib ki, 2025-ci və sonrakı 3 ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.
Belə ki, 2025-2028-ci illər üçün Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı çağırışlar, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr diqqətdə saxlanılıb.