Icma.az
close
up
RU
2025ci ilin dövlət büdcəsi nə vəd edir?

2025ci ilin dövlət büdcəsi nə vəd edir?

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Noyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. İclasda 2025-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı vacib məqamlardan danışılıb.

Milli Məclis sədrinin 1-ci müavini Əli Əhmədov vurğulayıb ki, növbəti ildə Azərbaycan hökumətinin əsas prioritetləri ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, dövlət təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin miqyasının genişləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün layihələrin reallaşdırılması ilə bağlıdır.

Parlamentin 1-ci vitse-spikeri 2025-ci il dövlət büdcəsinin əsas parametrləri ilə bağlı diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyard 367,6 milyon manat proqnozlaşdırılır. O, qeyd edib ki, büdcə xərclərinin artırılması isə hökumətin insanların rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirmək və buna nail olmaq niyyətini özündə ehtiva edir.

Maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O, bildirib ki, 2025-ci və sonrakı 3 ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Belə ki, 2025-2028-ci illər üçün Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiyası və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı çağırışlar, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr diqqətdə saxlanılıb.

Diqqətə çatdırılıb ki, 2025-ci ilin dövlət büdcəsinin xərclərinin 92,6 faizi və ya 38 milyatd 316 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Gəlirlərlə təmin edilməyən xərclər 3 milyard 52 milyon manat təşkil edəcək.

Nazir bildirib ki, növbəti ilin prioritet xərclərində işğaldan azal olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı xərclər xüsusi əhəmiyyət kəsb edir. Bununla bağlı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üçün 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün büdcə xərclərinin 20,3 faizi və ya 8 milyard 396 milyon manat vəsait proqnozlaşdırılır.

Qeyd edilib ki, 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Növbəti ilin dövlət büdcəsində bu xərclər 16 milyard 909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1 milyard 370 milyon manat və ya 8,8 faiz çoxdur. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş sosialyönümlü tədbirlərin maliyyələşdirilməsi üçün 893 milyon manat, investisiya yönlü layihələrin həyata keçirilməsi üçün 1 milyard 100 milyon manat, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün 150 milyon manatın ayrılması nəzərdə tutulub.

Bildirilib ki, büdcə layihəsində əhalinin sosial cəhətdən həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 812 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə 1 milyard 600 milyon manat vəsait dövlət büdcəsindən transfert şəklində ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 311 milyon manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə təhsil xərclərinə 4 milyard 946,1 milyon manat proqnozlaşdırılır və bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat və ya 8,7 faiz çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq üçün tələbə kreditlərinin verilməsi üçün növbəti ilin büdcəsində Təhsil Tələbə Kredit Fondunun nizamnamə kapitalının 126 milyon manata çatdırılması nəzərdə tutulur.

2025-ci ilin dövlət və icmal büdcələrində səhiyyə xərcləri üçün cəm olaraq 3 milyard 525 milyon manat vəsait nəzərdə tutulub. İcbari Tibbi Sığorta Fondunun öz gəlirləri və ilin sonuna qalıqları istisna olmaqla, dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 999 milyon manat vəsait ayrılacaq. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində nəzərdə tutulmuş 1 milyard 410 milyon manat vəsaitin 1 milyard 267 milyon manatının və yaxud 90 faizinin dövlətin əhalinin icbari tibbi sığortalanması payına düşən öhdəliyi təşkil edəcək.

2025-ci ildə ətraf mühitin mühafizəsi ilə bağlı xərclər üçün 418 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Bu vəsaitin 271 milyon manatı rayon, şəhər və qəsəbələrin sanitar və abadlaşdırılması ilə bağlı xərclərə, 91 milyon manatı meşə təsərrüfatı, hidrometrologiya, bioloji zənginliyin qorunmasına, 56 milyon manatı isə digər xidmətlərin maliyyə təminatına yönəldiləcək.

2025-ci ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması və Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalından Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üzrə 754,2 milyon manat vəsait proqnozlaşdırılır. Bu xərclərin 205 milyon manatı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə, 32 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı xərclərinə, 8 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 238,1 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə yönəldiləcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, dövlət büdcəsində sosialyönlü xərclər büdcənin 41 faizini əhatə edir və 16,9 milyard manat məbləğində müəyyən edilib. Elm, təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət və bu qəbildən olan sosial xərclər üzrə növbəti ilin büdcəsi cari ilin büdcəsindən 1 milyard manat artıq olmaqla 12,6 milyard manat təşkil edəcək. Sosial müdafiə, sosial təminat xərcləri 4,8 milyard manat vəsait nəzərdə tutulub. Əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi kimi tədbirlərə 2,6 milyard manat vəsait ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılmasına cari ildən 368 milyon manat çox olaraq 1,6 milyard manat vəsait ayrılıb.

Sahil Babayev diqqətə çatdırıb ki, növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri cari illə müqayisədə 727 milyon manat və ya 11 faiz çox olacaq, İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri isə cari illə müqayisədə 10 faiz artıq olmaqla 260,7 milyon manat təşkil edəcək.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini açıqlayıb. Dövlət büdcəsi gəlirlərinin və xərclərinin 2024-cü ilin 8 ayında icra vəziyyəti, 2025-ci il üçün gəlir və xərclərin, habelə büdcə kəsiri və kəsirin maliyyələşdirilməsinin təhlilini təqdim edib, Palatanın bəzi tövsiyələrini diqqətə çatdırıb.

Digər deputatlar da büdcə layihəsi ilə bağlı fikirlərini bildirib. Çıxışlarda bir sıra qeyd və təkliflər də səsləndirilib. Maliyyə naziri və əmək və əhalinin sosial müdafiəsi naziri səsləndirilən fikirlərə münasibət bildiriblər.

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Elçin Bayramlı

“Səs” qəzetinin Parlament müxbiri

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Noyabr 2024 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri