Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir. 97-ci “Oskar” mükafatları 2 mart 2025-ci ildə sahiblərinə təqdim olunacaq.
Hansı filmlərin “Oskar” yarışında yer alacağı artıq müzakirə edilməyə başlayıb, hətta kino tənqidçilərinin bu mükafatı ala biləcək konkret namizədləri də var.
Modern.az saytı2025-ci ildə “Oskar” ala biləcək “Ən yaxşı aktyor” nominasiyasına namizəd göstərilə biləcək filmləri və aktyorları təqdim edir.
Ralf Fayns – “Conclave” Ralf Fayns, Stenly Tucci və Con Litqoy kimi tanınmış simaların yer aldığı film “Oskar” yarışının güclü namizədlərindən biridir.
Filmin baş roldakı aktyoru Faynsöz çıxışı ilə tənqidçilərdən mükəmməl qiymət almağı bacarıb.
Film Roma Papasının ölümünün ardından Vatikanın gizli intriqalarından bəhs edir.
Timoti Şalame - “A Complete Unknown” Leonardo DiKaprio, Tom Kruz və Bred Pitt kimi simaların davamçısı hesab edilən Timoti Şalame hazırda Hollivudun ən məşhur aktyorlarından biridir.
O, 1965-ci ildə elektrogitara ilə performans göstərməyə başlayan və musiqi dünyasını sarsan gənc Bob Dilan haqqında çəkilmiş “A Complete Unknown” filmində baş rolu canlandırır.