Icma.az
close
up
RU
2025in “Oskar”ına “Ən yaxşı aktyor”lar kimlər olacaq?

2025in “Oskar”ına “Ən yaxşı aktyor”lar kimlər olacaq?

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

97-ci “Oskar” mükafatları 2 mart 2025-ci ildə sahiblərinə təqdim olunacaq. Hansı filmlərin “Oskar” yarışında yer alacağı artıq müzakirə edilməyə başlayıb, hətta kino tənqidçilərinin bu mükafatı ala biləcək konkret namizədləri də var.

Modern.az saytı2025-ci ildə “Oskar” ala biləcək “Ən yaxşı aktyor” nominasiyasına namizəd göstərilə biləcək filmləri və aktyorları təqdim edir.

Ralf Fayns – “Conclave”

Ralf Fayns, Stenly Tucci və Con Litqoy kimi tanınmış simaların yer aldığı film “Oskar” yarışının güclü namizədlərindən biridir. Filmin baş roldakı aktyoru Faynsöz çıxışı ilə tənqidçilərdən mükəmməl qiymət almağı bacarıb.

Film Roma Papasının ölümünün ardından Vatikanın gizli intriqalarından bəhs edir.

Timoti Şalame - “A Complete Unknown”

Leonardo DiKaprio, Tom Kruz və Bred Pitt kimi simaların davamçısı hesab edilən Timoti Şalame hazırda Hollivudun ən məşhur aktyorlarından biridir. O, 1965-ci ildə elektrogitara ilə performans göstərməyə başlayan və musiqi dünyasını sarsan gənc Bob Dilan haqqında çəkilmiş “A Complete Unknown” filmində baş rolu canlandırır.

Amerikalı aktyor bu filmində uğurlu çıxışına görə ilk "Oskar" mükafatını ala bilər.

Edrien Broudi – “The Brutalist”

Bredi Korbetin rejissorluq etdiyi filmdə Edrien Broudi, Feliçita Cones və Qay Pirs kimi simalar yer alır. Film II Dünya Müharibəsindən sonra "Amerikan yuxusu"nu yaşamaq üçün ABŞ-a köçən memar Laszlonun həyatına fokuslanır.

Onu da qeyd edək ki, aktyor 2003-cü ildə "Pianoçu" filmində canlandırdığı polyak ifaçı obrazına görə “Ən yaxşı aktyor” nominasiyasının qalibi olub.

Kolman Dominqo – “Sing Sing”

Film bir həbsxanada incəsənət vasitəsilə reabilitasiya proqramına qatılan bir qrup məhbusun hekayəsindən bəhs edir. Filmin aktyor heyətində Kolman Dominqo, Pol Reysi, Sean San Cose kimi güclü heyət yer alır. Baş rolu canlandıran Kolman Dominqonun 2025-ci ilin “Ən yaxşı aktyor” nominasiyasının qalibi olacağı istisna edilmir.

Deniel Kreyq  – “Queer”

Ceyms Bond rolu ilə yaddaşlarda iz buraxan ingilis aktyoru Deniel Kreyqin yeni filmi Venedik Film Festivalında 9 dəqiqə boyunca ayaq üstə alqışlandı.

Usta rejissor Luka Quadinonun imzasını daşıyan filmin “Oskar” yarışında yüksək yer tutma potensialı güclüdür. Amerikalı miqrant və narkotik aludəçisi olan Lini canlandıran Kreyqin çıxışı, kino tənqidçilərindən mükəmməl qiymət almağı bacarıb.

Paul Meskal – “Gladiator 2”

Rejissor Ridli Skot beş kateqoriyada “Oskar” qazanan və baş rol aktyoru Rassel Krouya “Ən yaxşı aktyor” mükafatını qazandıran məşhur “Gladiator” filmini 24 il sonra yenidən ekrana gətirdi.

Paul Meskal, Pedro Paskal, Denzel Vaşinqton, Bary Keoqan və Cosef Quini kimi simaların yer aldığı “Gladiator 2” 15 noyabrda ölkəmizdə də baxışa çıxarılıb. Film populyarlığını qorumaqla yanaşı, baş rolu ifa edən Paul Meskalın da karyerası üçün dönüş nöqtəsi hesab edilir.

Bu filmin yenidən bir neçə nominasiya üzrə “Oskar” alacağı ilə yanaşı, Paul Meskalın da ilk dəfə “Ən yaxşı aktyor” nominasiyasının qalibi olacağı düşünülür.

Sebastian Stan – “The Apprentice”

Marvel filmlərində “Winter solider” xarakterini canlandıran ABŞ-li aktyor Sebastian Stan bu filmdə Donald Trampı canlandırıb. Filmin rejissorluğunu isə Kan kino festivalı mükafatının qalibi, iranlı rejissor Ali Abbasi edib. Film 1970-1980-ci illərdə Trampın karyerasını incələyir.

“The Apprentice”nin Trampın ikinci dəfə prezident seçilməsi səbəbi ilə ilin ən çox səs gətirən filmlərindən olacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see302

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see182

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see181

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see169

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see169

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see152

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see150

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see149

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see141

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see137

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri