Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynanın əhalisi sürətlə azalır və bu tendensiya ölkənin iqtisadi vəziyyətinə, siyasi sabitliyinə, etnik tərkibinə və gələcəkdə müharibə aparmaq qabiliyyətinə ciddi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post yazıb.
Rəsmi hesablamalara görə, hazırda Ukraynada, işğal olunmuş ərazilər də daxil olmaqla, təxminən 36 milyon insan yaşayır.
Lakin bu rəqəmlər təqribi hesab edilir və real göstərici daha aşağı ola bilər.
WP-nin proqnozuna əsasən, əgər demoqrafik meyillər eyni qalsa, 2050-ci ilə qədər Ukraynanın əhalisi təxminən 25 milyon nəfərə, 2100-cü ilə qədər isə cəmi 15 milyona enəcək.
Müharibədən əvvəl də Ukraynanın demoqrafik göstəriciləri dünyada ən aşağı səviyyədə idi.
2001-ci ildə ölkədə hər qadına orta hesabla 1,1 uşaq düşürdü ki, bu da 2,1-lik "əvəzetmə əmsalından" xeyli aşağıdır.