Icma.az
close
up
RU
2100 cü ilə qədər Ukraynada nə qədər əhali qalacaq? WP bədbin proqnoz verdi

2100 cü ilə qədər Ukraynada nə qədər əhali qalacaq? WP bədbin proqnoz verdi

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynanın əhalisi sürətlə azalır və bu tendensiya ölkənin iqtisadi vəziyyətinə, siyasi sabitliyinə, etnik tərkibinə və gələcəkdə müharibə aparmaq qabiliyyətinə ciddi təsir göstərə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post yazıb.

Rəsmi hesablamalara görə, hazırda Ukraynada, işğal olunmuş ərazilər də daxil olmaqla, təxminən 36 milyon insan yaşayır. Lakin bu rəqəmlər təqribi hesab edilir və real göstərici daha aşağı ola bilər.

WP-nin proqnozuna əsasən, əgər demoqrafik meyillər eyni qalsa, 2050-ci ilə qədər Ukraynanın əhalisi təxminən 25 milyon nəfərə, 2100-cü ilə qədər isə cəmi 15 milyona enəcək.

Müharibədən əvvəl də Ukraynanın demoqrafik göstəriciləri dünyada ən aşağı səviyyədə idi. 2001-ci ildə ölkədə hər qadına orta hesabla 1,1 uşaq düşürdü ki, bu da 2,1-lik "əvəzetmə əmsalından" xeyli aşağıdır. Sonrakı illərdə bu göstərici bir qədər yaxşılaşsa da, müharibə başlayandan sonra vəziyyət yenidən pisləşib.

BMT-nin Əhali Fondu 2023-cü ilin iyul ayında Ukraynada doğum səviyyəsinin 1,0-dan aşağı düşdüyünü bildirib.

Kiyevdəki "Ana və Uşaq" reproduktiv tibb klinikasının mütəxəssisi Vitali Radkonun sözlərinə görə, ölkədə uşaq sahibi ola biləcək əhali qrupu əhəmiyyətli dərəcədə azalıb. O bildirib ki, reproduktiv yaşda olan çox sayda qadın Ukraynadan kənarda yaşayır, kişilərin isə bəziləri müharibədə həlak olub, bəziləri yaralanıb və ya ölkəni tərk edib.

"Bundan əlavə, ölkədə qalanların bəziləri stress içindədir, bəziləri iqtisadi durğunluq və yoxsulluq yaşayır. Hamı ailə qurmağa hazır deyil və ya bunu istəmir", – deyə Radko vurğulayıb.

Daha əvvəl Ukrayna İqtisadiyyat və Keyfiyyət Araşdırmaları İnstitutunun direktor müavini Aleksandr Qladun bildirib ki, Ukraynanın nəzarətində olan ərazilərdə təxminən 29 milyon insan yaşayır.

Eyni zamanda, institutun direktoru Ella Libanova qeyd edib ki, hətta bütün ukraynalı qaçqınların geri qayıtması belə ölkədə demoqrafik azalma tendensiyasını dəyişdirməyəcək. Onun fikrincə, ölkə əhalisinin sayını artırmağın yeganə yolu immiqrasiya üçün sərhədləri açmaqdır.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri