211 nömrəli avtobus axşam saatlarında niyə işləmir?

28.08.2026

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

211 nömrəli avtobus axşam saat 20:00-dan sonra fəaliyyət göstərmir.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

"BakuBus" MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, 211 nömrəli müntəzəm marşrut xəttində ümumilikdə 14 iritutumlu avtobus sərnişindaşıma xidməti göstərir. Avtobusların hərəkət intervalı orta hesabla 12-13 dəqiqədir.

Bildirilib ki, marşrut üzrə sərnişin tələbatı, həmçinin ərazidə yerləşən "Abşeron" Ticarət Mərkəzi və "Meyvəli" satış bazarının iş qrafiki nəzərə alınaraq avtobusların hərəkət qrafiki 06:00-dan 20:00-dək müəyyən edilib.

Qeyd olunub ki, təsdiq edilmiş qrafikə əsasən, 211 nömrəli avtobusun KOBİA istiqamətindən son çıxışı saat 19:30-da, "Abşeron" Ticarət Mərkəzi istiqamətindən isə 20:00-da həyata keçirilir.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью