211 nömrəli avtobus axşam saatlarında niyə işləmir?
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
211 nömrəli avtobus axşam saat 20:00-dan sonra fəaliyyət göstərmir.
Bununla bağlı Milli.Az-a şikayət daxil olub.
"BakuBus" MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, 211 nömrəli müntəzəm marşrut xəttində ümumilikdə 14 iritutumlu avtobus sərnişindaşıma xidməti göstərir. Avtobusların hərəkət intervalı orta hesabla 12-13 dəqiqədir.
Bildirilib ki, marşrut üzrə sərnişin tələbatı, həmçinin ərazidə yerləşən "Abşeron" Ticarət Mərkəzi və "Meyvəli" satış bazarının iş qrafiki nəzərə alınaraq avtobusların hərəkət qrafiki 06:00-dan 20:00-dək müəyyən edilib.
Qeyd olunub ki, təsdiq edilmiş qrafikə əsasən, 211 nömrəli avtobusun KOBİA istiqamətindən son çıxışı saat 19:30-da, "Abşeron" Ticarət Mərkəzi istiqamətindən isə 20:00-da həyata keçirilir.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 28 Avqust 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















