Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir. Bəli, bu dünyada insan qədər mücərrəd varlıq yoxdur.
Onu olduğu kimi tanımaq, daxili dünyasını qavramaq, mahiyyətini, məzmununu təhlil etmək çətin, çox çətindir.
Bəzən yaxşı adam kimi özünü tanıtdıran birisinin əslində pis adam olduğunu və ya pis adam kimi qələmə verilən başqa birisinin əslində yaxşı adam olduğunu gec bilirik.
Sirr deyil ki, cəmiyyət formalaşandan üzübəri vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər kəs YAXŞI ADAM kimi tanınmaq üçün müxtəlif üsullardan istifadə edir.
Axı bu dəyəri qazanan adam ictimayət arasında yaxşı qarşılanır, qınaqdan uzaq olur...
Ədliyyə işçilərinin peşə bayramı günündə sizə bir YAXŞI ADAM haqında söhbət açmaq istəyirəm. Çoxdandır ki, əlaqəmiz yoxdur.
Deyilənlərə görə Bərdə rayon məhkəməsinə rəhbərlik edir. Mən onu uzun illər öncə- Yardımlı rayon məhkəməsinə rəhbərlik etdiyi vaxtlardan tan
Ola bilsin ki, Yardımlı əhalisi arasında onu qaraqabaq, heç kimə yovuşmaz, özündənrazı birisi kimi tanıyanlar da var.