Icma.az
close
up
RU
22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır

22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Bəli, bu dünyada insan qədər mücərrəd varlıq yoxdur. Onu olduğu kimi tanımaq, daxili dünyasını qavramaq, mahiyyətini, məzmununu təhlil etmək çətin, çox çətindir. Bəzən yaxşı adam kimi özünü tanıtdıran birisinin əslində pis adam olduğunu və ya pis adam kimi qələmə verilən başqa birisinin əslində yaxşı adam olduğunu gec bilirik. Sirr deyil ki, cəmiyyət formalaşandan üzübəri vəzifəsindən, sosial durumundan asılı olmayaraq hər kəs YAXŞI ADAM kimi tanınmaq üçün müxtəlif üsullardan istifadə edir. Axı bu dəyəri qazanan adam ictimayət arasında yaxşı qarşılanır, qınaqdan uzaq olur...
Ədliyyə işçilərinin peşə bayramı günündə sizə bir YAXŞI ADAM haqında söhbət açmaq istəyirəm. Çoxdandır ki, əlaqəmiz yoxdur. Deyilənlərə görə Bərdə rayon məhkəməsinə rəhbərlik edir. Mən onu uzun illər öncə- Yardımlı rayon məhkəməsinə rəhbərlik etdiyi vaxtlardan tanıyıram. Ola bilsin ki, Yardımlı əhalisi arasında onu qaraqabaq, heç kimə yovuşmaz, özündənrazı birisi kimi tanıyanlar da var. Bəlkə də onun ciddi görkəmi, əhali ilə məhdud ünsiyyəti, həqiqəti bəzək vurmadan söyləməsi, daha çox mütaliə, yazı-pozu ilə məşğul olması insanın bu fikirə düşməsinə əsas verir. Amma onun daxili aləminə varanda içində nurlu bir dünyanın mövcud olduğunun şahidi olursan. Əlahəzrət ƏDALƏT isə həmin dünyaya hakimlik edir. Peşəsi hakim olan, insan talelərinə hökm çıxaran bir adamın iç dünyasına ƏDALƏT hökmranlıq edəndə necə də gözəl olur, İlahi?!
Axı insanlıq yaranandan Adəm övladının ən çox əziyyət çəkdiyi məqamlardan biri də ƏDALƏTSİZLİKDİR. Məgər ƏDALƏT olmayan yerdə haqsızlıq meydan sulamırmı? Məzlumun, zavallının, kasıb-kusubun şəxsiyyəti alçalmırmı?..
Necə deyərlər, adamın başı üstündə Allah var. Onun ədalətli qərarlarını, haqqı nahaqqa vermədiyini, qanunpərəst insan olduğunu heç vaxt dana bilmərəm. Bütün bunlar onun YAXŞI ADAM olduğundan, halal süfrədə böyüdüyündən, insanpərvərliyindən irəli gəlmirmi?..
Qəribədir hər dəfə 22 noyabr tarixi yetişəndə nədənsə ilk yadıma düşən, haqqında söhbət açdığım Gündüz Abbasov olur. İnanıram ki, onun həssas, ədalətli insan olduğunu hazırda çalışdığı rayon əhalisi də inkar etməz...
Bəli, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramıdır. Gündüz müəllimi və onun timsalında respublikanın ədliyyə işçilərinin hər birini bu münasibətlə təbrik edir, işlərində uğurlar arzulayıram.
Peşə bayramınız mübarək!

Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Noyabr 2024 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri