Icma.az, Yenisabah saytına istinadən bildirir. “Dünyada baş verən hadisələr, geosiyasi gedişlər, iqtisadi müharibələr əlbəttə vacibdir, anca
Azərbaycanda daha böyük problem var. Bu neftin özünün azalmasıdır. Getdikcə daha da çox azalacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov deyib.
O, bildirib ki, neft gəlirlərinin azalması tendensiyası davam edəcək: “Bu azalma elə də böyük deyil.
Əvvəlki illərdə də prinsipcə belə hallar baş verirdi. Amma mən həqiqətən qorxuram ki, bu tendensiya davam edəcək.
Dünyadakı geosiyasi gərginlik neftin qiymətini bizim üçün məqbul səviyyədə saxlamaq imkanı verir. Əks halda, neftin qiyməti çoxdan enmişdi”.
pizza mizza Ekspert vurğulayıb ki, Azərbaycan iqtisadiyyatını qeyri-neft sektoru üzrə inkişaf etdirməli idi: “Əgər hər şey yaxşı olsa, neftin qiyməti çox aşağı düşəcək və bizim üçün ciddi problemlə çevriləcək.
Neftin özü azalmağa davam etdiyi üçün qiymətin dəyişməsi elə də böyük rol oynamır.