Icma.az
close
up
RU
244 milyonluq AZALMA “Neftin qiyməti çox aşağı düşəcək”

244 milyonluq AZALMA “Neftin qiyməti çox aşağı düşəcək”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“Dünyada baş verən hadisələr, geosiyasi gedişlər, iqtisadi müharibələr əlbəttə vacibdir, ancaq Azərbaycan üçün həlledici deyil. Azərbaycanda daha böyük problem var. Bu neftin özünün azalmasıdır. Getdikcə daha da çox azalacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. O, bildirib ki, neft gəlirlərinin azalması tendensiyası davam edəcək:

“Bu azalma elə də böyük deyil. Əvvəlki illərdə də prinsipcə belə hallar baş verirdi. Amma mən həqiqətən qorxuram ki, bu tendensiya davam edəcək. Dünyadakı geosiyasi gərginlik neftin qiymətini bizim üçün məqbul səviyyədə saxlamaq imkanı verir. Əks halda, neftin qiyməti çoxdan enmişdi”. pizza mizza

Ekspert vurğulayıb ki, Azərbaycan iqtisadiyyatını qeyri-neft sektoru üzrə inkişaf etdirməli idi:

“Əgər hər şey yaxşı olsa, neftin qiyməti çox aşağı düşəcək və bizim üçün ciddi problemlə çevriləcək. Neftin özü azalmağa davam etdiyi üçün qiymətin dəyişməsi elə də böyük rol oynamır. Mən hesab edirəm ki, bəli, Neft Fondunun gəlirləri ildən-ilə azalan xətlə gedəcək. Əgər neftin qiyməti düşsə, onda lap sürətlə azalacaq. Biz çoxdan bu günə hazırlaşmalıydıq. Əslində, cənab prezident hələ 2015-ci ildə, 10 il əvvəl demişdi ki, neft erası bitib. Biz artıq iqtisadiyyatımızı qeyri-neft sektorunda inkişaf etdirməliyik. Amma etdirə bilmirik”.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858 milyon 250 min manat xalis mənfəət ilə başa vurub. Fond 2023-cü ili 8 milyard 102 milyon 89 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ARDNF-in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 244 milyon 539 min manat və ya 3% azalıb.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri