Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Laçın rayonundan yayılan görüntülər narahatlıq yaradıb.
Belə ki, bir vətəndaş mağarada qorxunc heyvanla rastlaşıb və bunu mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb.
Kadrlarda görünən naməlum məxluq müzakirələrə səbəb olub. Sözügedən heyvan hansı növə aid ola bilər?
Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə fauna, flora ilə bağlı tədqiqat, invertarizasiya aparılırmı?
Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, görüntülərdəki heyvan zolaqlı kaftardır: “Kaftarların iki növü var: xallı və zolaqlı.
Xallı kaftar, əsasən Afrikada geniş yayılıb, dayanıqlı növdür və leş yeməklə qidalanır, eyni zamanda sürü halında ov və iri heyvanlara da hücum edə bilirlər.
Zolaqlı kaftar isə Azərbaycanda nadir rast gəlinən növdür. Sonuncu dəfə 2000-ci illərdə Alazan vadisi, Axar-Baxar silsiləsində ləpiri tapılı
Hazırda onun ölkədə mövcudluğu barədə dəqiq bilgi yoxdur. Bu növ Azərbaycan “Qırmızı Kitab”ında qeyd olunub, lakin uzun müddətdir ikinci və