Icma.az
close
up
RU
25 ildən sonra Laçında peyda oldu: nə baş verir? VİDEO

25 ildən sonra Laçında peyda oldu: nə baş verir? VİDEO

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Laçın rayonundan yayılan görüntülər narahatlıq yaradıb. Belə ki, bir vətəndaş mağarada qorxunc heyvanla rastlaşıb və bunu mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb. Kadrlarda görünən naməlum məxluq müzakirələrə səbəb olub.

Sözügedən heyvan hansı növə aid ola bilər? Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə fauna, flora ilə bağlı tədqiqat, invertarizasiya aparılırmı?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, görüntülərdəki heyvan zolaqlı kaftardır:

“Kaftarların iki növü var: xallı və zolaqlı. Xallı kaftar, əsasən Afrikada geniş yayılıb, dayanıqlı növdür və leş yeməklə qidalanır, eyni zamanda sürü halında ov və iri heyvanlara da hücum edə bilirlər. Zolaqlı kaftar isə Azərbaycanda nadir rast gəlinən növdür. Sonuncu dəfə 2000-ci illərdə Alazan vadisi, Axar-Baxar silsiləsində ləpiri tapılıb, habelə Şabran rayonu Leyti kəndi yaxınlığında görüntüləri qeydə alınıb. Hazırda onun ölkədə mövcudluğu barədə dəqiq bilgi yoxdur. Bu növ Azərbaycan “Qırmızı Kitab”ında qeyd olunub, lakin uzun müddətdir ikinci və üçüncü kateqoriyalara keçirilib, çünki onunla bağlı məlumat azdır, çünki zolaqlı kaftar gecə aktiv olur. Populyasiyanın azalmasının əsas səbəbləri aktiv heyvandarlıq, çoban itləri və canavarlarla rəqabət, həmçinin təbii yem resurslarının azalmasıdır. Əlavə olaraq, əhali arasında bu heyvanın “goreşən” kimi tanınması və yanlış olaraq təqibə məruz qalması da sayının azalmasına gətirib çıxarıb”.

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, zolaqlı kaftar əsasən arid zonalarda yaşayır:

“Videoda heyvan o qədər yaxından çəkilib ki, ətraf ərazi görünmür və onun Laçında olması inandırıcı deyil. Çünki Azərbaycanda arid zonalar Zəngilan, Qubadlı, Cəbrayıl və Füzuli bölgələrini əhatə edir. Laçın isə dağlıq ərazi olduğu üçün bu növün orada olması ehtimalı azdır. İşğal olunmuş ərazilərdə ekoloji monitorinqlər aparılmır, minalanmış ərazilər, zəif ekoloji nəzarət və resurs çatışmazlığı biomüxtəlifliyə ciddi təsir göstərir. Bu səbəbdən “Qırmızı Kitab”a düşmüş heyvan növlərinin qanunsuz ovlanması və sosial şəbəkələrdə videoların paylaşılması ara-sıra müşahidə olunur”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri