Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Çankırıda təşkil olunan mərasimdə 29-u azərbaycanlı olmaqla 223 xüsusi təyinatlı polis and
Türkiyə Daxili İşlər Nazirliyinin Polis Baş İdarəsinin rəisi Mahmud Dəmirtaş, gənc polislərə "Vətənimiz sizə əmanətdir" deyə müraciət edib.
Qaynarinfo xəbər verir ki, Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
Orhan Saka İdman Salonunda təşkil edilən tədbir ehtiram duruşu, Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.
Mərasimdə 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb.
Təlim kursunu uğurla tamamlayan 10 məzuna protokol üzvləri tərəfindən xüsusi nişanlar taxıldı və sertifikatları təqdim edilib.
Polis Baş İdarəsinin rəisi Mahmud Dəmirtaş mərasimdə çıxışı zamanı deyib: "Hörmətli gənc həmkarlarım, bu gün edəcəyiniz və ömrünüz boyu sadiq qalacağınız andla bu qədim təşkilatın bir üzvü olacaqsınız.
Türkiyənin əmin-amanlığı üçün gecə-gündüz çalışacaqsınız. Son zamanlarda qonşu coğrafiyalarda baş verənləri nəzərə alaraq, əziz millətimizin