Icma.az
close
up
RU
29 xüsusi təyinatlımız Türkiyədə məzun oldu (FOTO)

29 xüsusi təyinatlımız Türkiyədə məzun oldu (FOTO)

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Çankırıda təşkil olunan mərasimdə 29-u azərbaycanlı olmaqla 223 xüsusi təyinatlı polis and içərək peşəyə başlayıb. Türkiyə Daxili İşlər Nazirliyinin Polis Baş İdarəsinin rəisi Mahmud Dəmirtaş, gənc polislərə "Vətənimiz sizə əmanətdir" deyə müraciət edib.

Qaynarinfo xəbər verir ki, Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin 65-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. Orhan Saka İdman Salonunda təşkil edilən tədbir ehtiram duruşu, Türkiyə İstiqlal Marşı və Azərbaycan himninin oxunması ilə başlayıb.

Mərasimdə 29-u azərbaycanlı olmaqla ümumilikdə 223 xüsusi təyinatlı polis and içərək xidmətə başlayıb. Təlim kursunu uğurla tamamlayan 10 məzuna protokol üzvləri tərəfindən xüsusi nişanlar taxıldı və sertifikatları təqdim edilib.

Polis Baş İdarəsinin rəisi Mahmud Dəmirtaş mərasimdə çıxışı zamanı deyib:  

"Hörmətli gənc həmkarlarım, bu gün edəcəyiniz və ömrünüz boyu sadiq qalacağınız andla bu qədim təşkilatın bir üzvü olacaqsınız. Türkiyənin əmin-amanlığı üçün gecə-gündüz çalışacaqsınız. Son zamanlarda qonşu coğrafiyalarda baş verənləri nəzərə alaraq, əziz millətimizin sülh və təhlükəsizliyini təmin etmək yolunda ön cərgədə yer alacaqsınız. Vəzifənizi yerinə yetirərkən məzlumların və zərərçəkmişlərin yanında olacaqsınız. Dövlətimizin və demokratiyamızın təminatı olacaqsınız.  

Hər zaman və hər şəraitdə bütün çətinliklərə qarşı daim hazır vəziyyətdə olacaqsınız. Peşənizi icra edərkən mədəniyyətimizin bizə miras qoyduğu dəyərlərdən əsla uzaqlaşmayacaqsınız. Hər zaman dürüst olacaq və doğruluqdan bir an belə ayrılmayacaqsınız. Zamanla qazandığınız təcrübə və bilikləri, cəsarət və bacarıqlarınızla birləşdirərək vəzifənizi polad bir zirehə çevirəcəksiniz. Bilin ki, vətənimiz, bayrağımız, dövlətimiz və millətimiz sizə əmanətdir.”

Vəzifələrini "polad bilək" olaraq davam etdirəcəklərini bildirən Xüsusi Təyinatlılar İdarəsinin rəisi Süleyman Karadeniz çıxışında bildirib:  

"Türk millətinin xına yaxılmış oğulları, dövlətimizin polad biləyi, Xüsusi Təyinatlılar İdarəsinin cəsur övladları. Sizlər, aramıza qatılaraq bizə güc qatdınız. İnşallah, bundan sonrakı müddətdə də sizinlə birgə, həm Türkiyə torpaqlarında, həm də dövlətimizin bizə istiqamət verdiyi vəzifələrdə dünən olduğu kimi, bu gün və sabah da ürəkdən çalışaraq vəzifələrimizi alnımız açıq şəkildə yerinə yetirəcəyimizə heç bir şübhəm yoxdur.  

Bizim vəzifəmiz dövlətimizin bizə verdiyi istiqamətdə, Türk millətinin başını əymədən, vəzifələrimizi ən yüksək səviyyədə icra etməkdir. Heç bir məbləğ bizim yerinə yetirdiyimiz müqəddəs xidmətin əvəzi ola bilməz. Bizlər, əcdadlarımızdan ilham alaraq, Türk millətinin bizə olan etimadını doğruldaraq bu coğrafiyada Türkün biləyinin bükülmədiyi bir xüsusi qüvvə olaraq fəaliyyətimizi davam etdiririk. Biz bu coğrafiyanın polad biləyi olaraq vəzifəmizi yerinə yetirməyə davam edəcəyik, Allahın izni ilə."

Çankırı Şəhid Seyit Saraç Xüsusi Təyinatlı Polis Təlim Mərkəzinin müdiri Arif Özdemir isə məzunlara müraciət edərək qeyd edib:  

"Hörmətli məzun yoldaşlarım, yolunuz milli və mənəvi dəyərlər uğrunda şəhadətə yetişmiş qəhrəman şəhidlərimizin, canını fəda etmiş igid qazilərimizin yoludur. Bu müqəddəs yolda Allaha başdan təslim olub, Onun razı qalacağı bir xətt üzrə vəzifələrinizi icra edərkən, dövlətə ata, vətənə ana, millətə qardaş, bayrağa isə şərəfim və namusum deyərək aldığınız təlim ilə mübarizə aparacaq və axıra qədər mübarizə edəcəyinizə inamımız tamdır."  

Tədbir məzunların ailələri ilə birlikdə yaşadığı qürur dolu anlarla sona çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri