3 ay ərzində atəşkəs? Zelenski və ABŞ arasında gizli danışıqlar | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.
Turkustan.az Musavat.com-a istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkədə məlumat yayıb.
O, qeyd edib ki, hər iki tərəf müharibənin dayandırılmasını müzakirə edib.Zelenski bildirib ki, telefon danışığında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.“Biz bir çox aspektlərə diqqət yetirdik.
Qan tökülməsinə son qoymaq, Rusiyanın üçüncü işğal təhlükəsini aradan qaldıra biləcək əsas məsələləri, o cümlədən Rusiyanın öz vədlərini yerinə yetirməməsini müzakirə etdik".Zelenski həmçinin qeyd edib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ-la işləməyə davam edəcək:“Biz Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəldik.
Prezident Trampa danışıqlara bu cür intensiv yanaşma sərgilədiyinə görə təşəkkür edirik”.
Zelenski ilə Trampın nümayəndələri arasında baş tutan telefon danışığının əsas məqsədi nə idi və bu danışıq Ukraynanın gələcək sülh strategiyasına hansı təsiri göstərə bilər?
ABŞ-ın Ukrayna ilə sülh prosesində aktiv rolu Rusiyanın mövqelərinə necə təsir göstərə bilər?
Tam oxu
Xəbəri oxu