Icma.az
close
up
RU
3 ay ərzində atəşkəs? Zelenski və ABŞ arasında gizli danışıqlar

3 ay ərzində atəşkəs? Zelenski və ABŞ arasında gizli danışıqlar

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerlə telefon danışığı aparıb.

Turkustan.az Musavat.com-a istinadən bildirir ki, bu barədə Zelenski sosial şəbəkədə məlumat yayıb. O, qeyd edib ki, hər iki tərəf müharibənin dayandırılmasını müzakirə edib.
Zelenski bildirib ki, telefon danışığında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da iştirak edib.
“Biz bir çox aspektlərə diqqət yetirdik. Qan tökülməsinə son qoymaq, Rusiyanın üçüncü işğal təhlükəsini aradan qaldıra biləcək əsas məsələləri, o cümlədən Rusiyanın öz vədlərini yerinə yetirməməsini müzakirə etdik".
Zelenski həmçinin qeyd edib ki, Ukrayna sülhə nail olmaq üçün ABŞ-la işləməyə davam edəcək:
“Biz Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəldik. Prezident Trampa danışıqlara bu cür intensiv yanaşma sərgilədiyinə görə təşəkkür edirik”.

Zelenski ilə Trampın nümayəndələri arasında baş tutan telefon danışığının əsas məqsədi nə idi və bu danışıq Ukraynanın gələcək sülh strategiyasına hansı təsiri göstərə bilər? ABŞ-ın Ukrayna ilə sülh prosesində aktiv rolu Rusiyanın mövqelərinə necə təsir göstərə bilər? Zelenskinin “qan tökülməsinə son qoymaq” ifadəsi Rusiya ilə kompromisə yaxınlaşma kimi başa düşmək olarmı?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloqun fikrincə, Zelenski kompromisə yalnız o şərtlər daxilində hazır olar ki, Rusiya da müəyyən dərəcədə güzəştlərə getsin:

"Ukraynada artıq yaxşı başa düşürlər ki, Qərbdən əlavə kömək gəlmir, çünki ABŞ Ukraynaya aktiv silah təminatını dayandırıb. Eyni zamanda, İtaliya da bu barədə açıqlama verib və digər Avropa ölkələrinin də eyni mövqedə olacağı şübhəsizdir. Qərbdən aktiv silah təminatı kəsildiyi halda müharibəni davam etdirmək Ukrayna üçün çox əlverişli deyil. Bu baxımdan bəli, Ukrayna kompromisə gedə bilər, amma bunun üçün Rusiya tərəfindən də müəyyən dərəcədə güzəştlər olmalıdır".

"Rusiya tərəfi bu məsələdə hansı güzəştlərə gedə bilər?" sualını politoloq bu cür cavablandırıb:

"Hazırkı təmas xətti saxlanılmaqla atəşkəs müqaviləsi imzalanması mümkündür. Lakin Rusiya tələbləri Ukrayna üçün çox sərtdir. Məsələn, Rusiya tələb edir ki, Ukrayna Donetsk və Luqanskda hələ Rusiya tərəfindən tutulmamış ərazilərdən də çıxsın, yəni Ukrayna Donbas bölgəsini tam təhvil versin. Bu əlbəttə ki, Ukrayna tərəfindən qəbul ediləcək variant deyil. Buna görə də inanıram ki, bu şərtlər daxilində Zelenski hökuməti indiki halda razılığa gələ bilməyəcək.
Gələcəkdə vəziyyət pisləşərsə və cəbhə xəttində uğursuzluqlar artarsa, qərbdən dəstək tamamilə kəsilərsə, Ukrayna hökuməti bunu xalqına izah edərək, qəbul etdirməklə danışıqlarda kompromisə gedə bilər".

Zeynal Əmrəliyev vurğulayıb ki, Zelenski ilə Trampın nümayəndələri arasında baş tutan telefon danışığındakı əsas məqsəd də Ukrayna tərəfini sülhə razı salmaqdır:

"Bu, Trampın planının həyata keçirilməsinin mərhələsidir. Hazırda ABŞ nümayəndələri məhz Trampın planını həyata keçirmək üçün çalışırlar. Burada ən ağır məsuliyyəti əlbəttə ki, Ukrayna tərəfi daşıyacaq. Fikrimcə, əgər ABŞ Rusiyanı müəyyən dərəcədə güzəştlərə razı sala bilsə və Ukraynanı bu sərt şərtlərə razı salmağa nail olsa, müharibə dayandırıla bilər. Təxminən 3 ay ərzində Ukraynada münaqişə dayandırıla bilər. Buna isə sülh deməyək, atəşkəs müqaviləsi deyək".

Xalidə Gəray
Musavat.com

Facebook WhatsApp Telegram Twitter Share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri