Icma.az bildirir, Missiya.az portalına istinadən. Elə insanlar var ki, vətən, elm üçün böyük xidmətlər göstərib, tariximizin qızıl səhifələr
O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdıb.
1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olub.
1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılıb.
İgidimizin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edib və o bölmə komandiri təyin olunub.
Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
Qəhrəmanımız, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib.
1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşüb.