Icma.az
close
up
RU
3 fevralda bu tarixi şəxslər xatırlanır

3 fevralda bu tarixi şəxslər xatırlanır

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Elə insanlar var ki, vətən, elm üçün böyük xidmətlər göstərib, tariximizin qızıl səhifələrində yer alıb və böyük şəxsiyyətə çevriliblər.
Missiya.Az xəbər verir ki, 3 fevral bəzi tarixi şəxslərimizin doğum və anım günləri ilə yadda qalıb:
1969-cu ilin bu günü Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayev Qubadlı rayonunun Qarağac kəndində dünyaya gəlib. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıdıb. 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılıb. İgidimizin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edib və o bölmə komandiri təyin olunub. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qəhrəmanımız, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib. 1992-ci ilin avqust ayının 6-sında Bəylər yoldaşları ilə mühasirəyə düşüb. Mərdliklə vuruşaraq qarşı tərəfi də itkilərə uğradıb və şəhadətə ucalıb.


3 fevral təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998) Məzahir Həmid oğlu Abasovun anım günüdür. O, 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olub. 1937-ci ilin oktyabrından orduda xidmətə başlayıb. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləyib. Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaradıb. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır.
Professor 2002-ci ilin bu günü vəfat edib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 Fevral 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri