Icma.az, Sherg.az portalına istinadən məlumat verir. Braziliyada gündə 3 litrə yaxın kola içən gənc şiddətli böyrək ağrısı ilə klinikaya mür
Uroloq Thales Andrade gənci müayinə etdikdə heyrətə gəlib. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, həkim müayinə zamanı gəncin
Cərrahiyyə əməliyyatı ilə xəstəsinin sidik kisəsindən düz 35 iri daş çıxarılıb.
Doktor Andrade sosial media hesabında bu qeyri-adi hadisəni paylaşıb və video qısa zamanda 8,5 milyon insan tərəfindən izlənilib.
Təkcə videodakı daşların görüntüsü deyil, onun arxasında duran səbəb də hər kəsi şoka salıb. Bu səbəb "Cola" asılılığıdır.
Bu hadisə ilə Andrade şəkərli və qazlı içkilərin həddindən artıq istehlakının böyrəklərə necə zərər verdiyini bir daha xatırlatdı.
O bildirib ki, xüsusilə tərkibində fosfor turşusu olan içkilər böyrəklərdə turşu mühit yaradaraq, sidikdə kalsiumun çökməsinə və zamanla daşa çevrilməsinə səbəb olur.
Sosial şəbəkədəki paylaşımında xəstəsinin sidik kisəsindən çıxardığı 35 daşın bəzilərini göstərən doktor Thales Andrade, "Böyrək sağlamlığı gündəlik içdiyimiz içkilərin seçimindən başlayır" dedi.