Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin deputatı Əli Məsimli 3 uşaqlı ailə modeli ilə bağlı təkliflə çıxış edib.
"Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib...
Ailələrin əksəriyyəti 2 və 1 uşaqdan ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir.
Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır.
Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 3 və dana çox uşağı olan ailələrə şamil edilməli, pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir", - o deyib.
Əli Məslimli Modern.az-a açıqlamasında bildirib ki, əslində 3 uşaqlı ailə modeli təkcə onun təklifi kimi dəyərləndirilməməlidir: "Ailələrdə uşaqların sayı ilə bağlı müzakirələr hər zaman olub və son vaxtlar bu, daha da aktuallaşıb.
Biz sadəcə olaraq onu hazırkı reallıqlar şəraitində Azərbaycan üçün daha çox uşağın timsalında ənənəvi sayılan çoxuşaqlı ailələrin varlığının arxa plana keçməsi fonunda ölkə əhalisinin artımına əlavə təkan verə biləcək və uşaqlar üçün müavinət mexanizminin əlçatanlığının artırılmasının optimal modeli kimi təklif etdik.