Icma.az
close
up
RU
3 uşaqlı ailə modelinə keçək Deputatdan maraqlı TƏKLİF

3 uşaqlı ailə modelinə keçək Deputatdan maraqlı TƏKLİF

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin deputatı Əli Məsimli 3 uşaqlı ailə modeli ilə bağlı təkliflə çıxış edib.

"Pensiya islahatlarında nəzərə alınması vacib olan məsələrdən biri də budur ki, Azərbaycanda yeni doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb və ailə modeli dəyişib...
Ailələrin əksəriyyəti 2 və 1 uşaqdan ibarətdir. 5 və daha çox uşağı olan ailələr isə azlıq təşkil edir. Ona görə də, ölkəmizdə ailə modeli dəyişdirilməli və 3 uşaqlı ailə modelinə keçmək lazımdır. Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 3 və dana çox uşağı olan ailələrə şamil edilməli, pensiya yaşının azaldılması güzəştləri tətbiq edildikdə 3 uşaqlı ailələr başlanğıc kimi götürülməlidir", - o deyib.


Əli Məslimli Modern.az-a açıqlamasında bildirib ki, əslində 3 uşaqlı ailə modeli təkcə onun təklifi kimi dəyərləndirilməməlidir:
 

"Ailələrdə uşaqların sayı ilə bağlı müzakirələr hər zaman olub və son vaxtlar bu, daha da aktuallaşıb. Biz sadəcə olaraq onu hazırkı reallıqlar şəraitində Azərbaycan üçün daha çox uşağın timsalında ənənəvi sayılan çoxuşaqlı ailələrin varlığının arxa plana keçməsi fonunda ölkə əhalisinin artımına əlavə təkan verə biləcək və uşaqlar üçün müavinət mexanizminin əlçatanlığının artırılmasının optimal modeli kimi təklif etdik. Ölkədə uşaqların sayının azalması “uşaqpulu” məsələsini getdikcə daha da aktuallaşdıracaq. "Uşaqpulu" problemi həll olunana qədər isə bu cür aralıq mahiyyət kəsb edən təkliflər aktual olacaq. Bizim bu təklifi də daha çox həmin "uşaqpulu" məsələsinə mərhələli şəkildə keçilməsi kontekstindən qiymətləndirmək lazımdır".
   

Deputat vurğulayıb  ki, Azərbaycanda uşaqların sayı və təbii artım sürətlə aşağı düşür:


"Ölkəmizdə 2015-ci ildə 166 min, 2020-də 125 min, 2024-cü ildə isə 102 min uşaq doğulub. Deməli 2024-cü ildə ölkəmizdə yeni doğulan uşaqların sayı 2020-ci illə müqayidədə 33 faiz, 2015-ci illə müqayisədə isə 63 faiz aşağı düşüb. Uşqaların sayının bu cür sürətlə azalması ölkəmizin gələcəyi üçün çox düşündürücü məsələdir. Hazırda Azərbaycanda orta statistik ailə 2 valideyn və 2 uşaq olmaqla 4 nəfərdən ibarətdir və çoxluq təşkil edir. 2 valideyn və 1 uşaq olan 3 nəfərdən ibarət ailələr ikinci, 2 valideyn, 3 uşaq olmaqla 5 nəfərdən ibarət ailələr isə üçüncü yeri tutur.
Son vaxtlar boşanma halları artdığından 1 valideyn 1 və ya 2 uşaqdan ibarət ailələr də artır. Biruşaqlı ailələrin sayının artması ölkədə əhalinin sayınının artım tempinin azalmasına ciddi təsir göstərən amillərdən biridir və orta perspektivdə onun bu yöndəki təsiri daha da güclənəcək. Hər ailədə 2 uşağın olması da ölkədə əhalini artıran model deyil. Hazırda ölkəmizdə ailələrin əksəriyyəti 2 və 1 uşaqlı ailələrdən ibarətdir. 5 və daha çox uşağı olan ailər isə azlıq təşkil etdiyindən və daha çox uşağın timsalında "çoxuşaqlı ailə" modeli arxa plana keçməkdədir. Təsirli tədbirlər görülməsə, 1 və 2 uşaqlı ailələrin sayı daha da artacaq, 3 uşaqlı ailələrdən başlayaraq üzüyuxarı digər ailələrin sayı isə daha da azalmaqla demoqrafik vəziyyət pisləşəcək.
Ailədə uşaqların sayının azalmasına müxtəlif səpgili amillər təsir edir. Amma əhalinin xeyli hissəsinin güzəranı ilə bağlı sosial xarakterli amillər və ailə planlaması məsələsində uşaqların sayına fərdi münasibət daha çox təsir edir. Çünki xeyli ailələrin büdcəsinin hazırkı səviyyəsi şəraitində, eləcə də təkcə hazırda verilən müavinət hesabına ailələrin çoxu 5 və daha artıq uşağın olması və onun müasir tələblərə cavab verə bilən parametrlər üzrə yükünü böyütmək riskini öz üzərinə götürməz. Belə şəraitdə ölkənin iqtisadi inkişafının və qüdrətinin mühüm amili kimi əhalinin artımında Azərbaycan üçün daha çox xarakterik və məqbul olan müsbət dinamikanı saxlamaqdan ötrü 3 uşaqlı ailə modelinə keçmək daha məqbul variantdır".

Ə.Məsimli deyib ki, bu modeli ön plana çəkməkdən ötrü dövlət tərəfindən məqbul səviyyədə dəstək mexanizmi olsa, model tədricən özünü indikindən daha geniş planda reallaşdıra bilər:


"Bu kontekstdə çoxuşaqlı ailə dedikdə bu, 5 və daha çox uşağı olan ailələrə yox, 3 və daha çox uşağı olan ailələrə şamil edilməli və pensiya yaşının azaldılmasında da hər uşaq üçün 1 il olmaqla 3 uşaqlı ailələrdən başlamalıdır. Bu addım uşaqlar üçün verilən müavinətin dairəsini xeyli genişləndirməklə çoxuşaqlı ailələrə münasibətdə mövcud olan müavinət mexanizminin əlçatanlığını da əhəmiyyətli dərəcədə artırmış olar. Bu model beynəlxalq təcrübəyə daha çox uyğundur. Uşaq sayı artdıqca, həm pensiya yaşının müvafiq surətdə azaldılması, həm də beynəlxalq praktikadan məlum olan hər uşağa görə ödənilən müavinətin məbləğinin artması Azərbaycanda çoxuşaqlılığın təşviq edilməsində daha təsirli rol oynaya bilər".
Ə.Məsimli deyib ki, bir çox ölkələrdə demoqrafik vəziyyətin pisləşməsilə "qırmızı xətt”i keçildikdə uşaqların sayını artırmaq işinə girişilir, amma hədəflərə nail ola bilinmir.
"Azərbaycanda ənənəvi sayılan çoxuşaqlı ailələr azalaraq arxa plana keçsə də, az da olsa varlığını saxlayır. Bu iki mühüm faktı nəzərə almaqla, bəzi məsələləri sistemli şəkildə həyata keçirib müsbət nəticələrə nail olmaq mümkündür. Bunun üçün isə 
- mövcud vəziyyətin obyektiv qiymətləndirilməsini;
- dəqiq hədəfləri və ona nail olmaq yollarını;
- nəyi təkmilləşdirməli, niyə təkmilləşdirməli və hansı istiqamətdə təkmilləşdirməli kimi üç fundamental sualın optimal cavablarını;
- bu məsələnin demoqrafik və müavinət mexanizmi tərəfləri ilə yanaşı, uşaqların sağlam böyüməsi, müasir tələblər səviyyəsində inkişafı və sair kimi tədbirlər kompleksini özündə əks etdirən və ən əsası isə işlək reallaşdırma mexanizmi olan müvafiq proqramın hazırlanıb yubanmadan həyata keçirilməsini vacib hesab edirik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri