Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır.
İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir.
Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbii yolla çəkimizi normal saxlamaq üçün hansı üsullara ət atmalı?
Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir. Kaloriləri yandırmaq üçün idman ən yaxşı vasitələrdən biridir.
1 saat ərzində qaçış zamanı 450-950 kilokalori, üzgüçülükdə 450, piyada gəzintidə 300-420, aerobika ilə məşğul olarkən 390, velosiped sürərkən 350-400 kilokalori sərf edirik.
Təbii ki, hamı idmanla məşğul olmağa vaxt ayıra bilmir. Ya da sadəcə buna həvəsi olmur.
Bu təəssüfləndirici olsa da o qədər də acınacaqlı deyil. Çünki artıq kaloriləri yandırmağın digər üsulları da var.