Icma.az
close
up
RU
30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbii yolla çəkimizi normal saxlamaq üçün hansı üsullara ət atmalı?

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

Kaloriləri yandırmaq üçün idman ən yaxşı vasitələrdən biridir. 1 saat ərzində qaçış zamanı 450-950 kilokalori, üzgüçülükdə 450, piyada gəzintidə 300-420, aerobika ilə məşğul olarkən 390, velosiped sürərkən 350-400 kilokalori sərf edirik.

Təbii ki, hamı idmanla məşğul olmağa vaxt ayıra bilmir. Ya da sadəcə buna həvəsi olmur. Bu təəssüfləndirici olsa da o qədər də acınacaqlı deyil. Çünki artıq kaloriləri yandırmağın digər üsulları da var.

10 dəqiqəlik gülüş zamanı 20-40 kilokalori sərf olunur. 30 dəqiqə gülməklə isə 550 kilokalorini yandırmaq mümkündür. 1 dəqiqə gülüş 10 dəqiqəlik idmanı əvəz edir. İdman etməyə vaxtınız yoxdursa heç olmasa gülməyə vaxt və səbəb tapın.

Artıq kalorilərdən yaxa qurtarmağın növbəti üsulu xanımlarımız üçün ən yaxşı vasitələrdən biri sayıla bilər. 1 saat ərzində ev işləri ilə məşğul olmaq 240 kilokaloridən sizi azad edəcək. Əgər xanımlar bu işi hansısa bir mahnını oxuya-oxuya yerinə yetirərlərsə 20-30 kilokalori də əritmiş olarlar. Çünki oxumaq da kalori tələb edir. Bununla həm mənzilinizdə səliqə-sahman yaratmış olacaqsınız, həm də ən çox sizi narahat edən piylənməyə qarşı mübarizə apracaqsınız.

Artıq kalorilərlə mübarizə aparmağın növbəti üsulu çoxlarının ürəyincə olacaq. Bu seksdir. Yarım saat sekslə məşğul olmaq 200 kilokalori, orqazm həddi isə 312 kilokalori hesabına başa gəlir. Yəqin ki, bu üsul çoxlarına ev yığışdırmaqdan və səhərlər yuxusuna haram qatıb idman etməkdən daha sərfəli olacaq. Digər tərəfdən isə seks həm də stresslərinizi götürəcək, dərin və sağlam yuxunuzu təmin edəcək.

Şoppinq büdcənizə ziyan vursa da, sağlamlığınıza xeyir verəcək. Ticarət mərkəzlərində, böyük marketlərdə alış-veriş zamanı da orqanizm kalorilər sərf edir. Bu məkanlarda 30 dəqiqə var-gəl etmək 100 kilokalorinizi yandıracaq. Odur ki, yolunuzu tez-tez dükan-bazardan salın.

Deyirlər ki, utanmasan oynamağa nə var ki. Bu deyimə çox da bənd olmayın. Utanıb çəkinmədən arabir yeri gələndə rəqs edin. Ən azı ona görə ki, 15 dəqiqə rəqs etmək sizi 120 kilokaloridən azad edəcək.

Hazırda demək olar ki, bütün binalarda, ofislərdə müasir liftlər var. Bu çox rahat olsa da, arada onlardan imtina etməyə dəyər. Çünki pillələrlə qalxmaq artıq kalorilərdən azad olmaq üçün ən yaxşı vasitələrdən biridir. Pillələrlə qalxdığınız vaxtın hər dəqiqəsi 10-20 kilokalorinin sərf olunması deməkdir.

Əgər 8 saatlıq normal yuxunuzu təmin etsəniz 360 kilokalori yandırmış olacaqsınız. Çünki normal yuxu gün ərzində normal maddələr mübadiləsini təmin edir. Ancaq yatmazdan qabaq yeməkdən, xüsusilə də şirniyyatdan imtina etmək lazımdır. Sonuncu qida qəbulu yatmazdan ən azı 2-3 saat əvvəl olmalıdır.

Və ən nəhayət, artıq çəkidən, artıq kalorilərdən yaxa qurtarmaq üçün oturaq həyat tərzinə qarşı mübarizə aparmaq vacibdir. Saatlarla ekran qarşısında, kompyüterin qabağında, yazı masasının arxasında oturmaqla normal çəkiyə sahib olmaq haqqında düşünməyə dəyməz. İşinizin vacibliyindən asılı olmayaraq arada fasilə verib, adi idman hərəkətləri etmək, gəzişmək yorğunluğunuzu almaqla yanaşı, zehni fəaliyyətinizə də müsbət təsir edəcək.

Vaxtında bu təbii üsullardan yararlanın ki, sonradan həkim müdaxiləsinə ehtiyac qalmasın.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri