30 illik hay tamaşasının pərdəarxası: “Qərbə Ermənistanın qələbəsi deyil…” | Icma.az
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, noyabrın 8-də Zəfər parkının açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana və onlara havadarlıq edən xarici qüvvələrə ciddi xəbərdarlıq mesajı verdi.
Dövlət başçısı öz nitqində ermənilərdən alət kimi istifadə edən Qərb siyasi dairələrinin Azərbaycana təzyiqlərinin heç bir nəticə verməyəcəyini bildirdi.
Çünki Azərbaycana qarşı ardıcıl siyasi hücum kampaniyası aparan Qərbin məqsədi aydındır.
Prezident İlham Əliyevin dediyi kimi, Qərb Azərbaycanın qələbəsi ilə barışa bilmir.
“Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir.
Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır”, - deyə Prezident qeyd edib.
Bu gün Cənubi Qafqazda baş verən proseslər, Ermənistanın yürütdüyü siyasət Qərbin əsl niyyətinin bölgədə münaqişələrdən bəhrələnmək olduğunu bir daha təsdiq edir.
Tam oxu
Xəbəri oxu