Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

30 illik hay tamaşasının pərdəarxası: “Qərbə Ermənistanın qələbəsi deyil…”

30 illik hay tamaşasının pərdəarxası: “Qərbə Ermənistanın qələbəsi deyil…”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Zəfər parkının açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana və onlara havadarlıq edən xarici qüvvələrə ciddi xəbərdarlıq mesajı verdi.

Dövlət başçısı öz nitqində ermənilərdən alət kimi istifadə edən Qərb siyasi dairələrinin Azərbaycana təzyiqlərinin heç bir nəticə verməyəcəyini bildirdi.

Çünki Azərbaycana qarşı ardıcıl siyasi hücum kampaniyası aparan Qərbin məqsədi aydındır. Prezident İlham Əliyevin dediyi kimi, Qərb Azərbaycanın qələbəsi ilə barışa bilmir.

“Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır”, - deyə Prezident qeyd edib.

Bu gün Cənubi Qafqazda baş verən proseslər, Ermənistanın yürütdüyü siyasət Qərbin əsl niyyətinin bölgədə münaqişələrdən bəhrələnmək olduğunu bir daha təsdiq edir. Ermənistan üzərindən regiona daxil olmaq və burada möhkəmlənmək istəyən Fransa, Avropa İttifaqı, ABŞ, Kanada sülhün yaranmasında maraqlı deyil.

Çünki Ermənistanı “xilas etmək” adı altında regiona daxil olan Qərb dairələrinin Azərbaycanla şərti sərhəddə silahlar və kəşfiyyat missiyası göndərməkdə niyyəti bu bölgədə münaqişəni yenidən bərpa etmək, sonra isə ondan faydalanmaqdır. Ona görə də son 4 ildə gedən sülh danışıqlarında Fransanın, Avropa İttifaqının və ABŞ-nin ikibaşlı mövqeyi prosesin pozulmasına xidmət edib. 

Azərbaycan Prezidentinin çıxışının məntiqi mahiyyəti Qərbin bu manipulyasiyalarının Azərbaycana deyil, Ermənistanın özünə ziyan gətirəcəyini deməyə əsas verir. Bu da Azərbaycan dövlətinin siyasətinin real həqiqətə söykənməsi ilə bağlıdır. Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyası isə saxta media qurumlarının “feyk” məlumatlarına, qondarma qeyri-hökumət təşkilatlarının uydurma hesabatlarına əsaslanır. 

Prezident İlham Əliyev  Qərbin şantaj siyasətinin nəticə verməyəcəyinə əmindir. Çünki xalq yalanı həqiqətdən seçə bilir.
“Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur. 

Azərbaycan xalqı bunu bilir və Ermənistan xalqı da bunu bilməlidir, kimdir onların əsas düşməni? Biz deyilik”, - deyə Prezident bəyan edib.

Azərbaycanın Zəfəri ilə barışa bilməyən Qərb siyasi dairələri bu tarixi uğurun qisasını almaq üçün bütün resurslarını səfərbər edib. Amma onların bütün səyləri nəticə vermir. Çünki Qarabağ Zəfərinin əsasını təşkil edən xalq-Prezident-ordu birliyi bu gün də “Dəmir yumruq” strategiyası ilə davam edir. 

Prezidentin dediyi kimi, Azərbaycan xalqı heç vaxt ermənilərə qarşı düşmən olmayıb. Sonradan tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilərə öz ərazisində yaşamağa imkan yaradıb, iş, çörək verib. Ancaq bu yaxşılığın qarşılığında ermənilər Azərbaycan torpaqlarına göz dikib, dinc əhaliyə qarşı dəfələrlə soyqırım, etnik təmizləmə həyata keçirib. Qərb isə bu cinayətlərə qiymət vermək əvəzinə Ermənistana himayədarlıq edir.
Azərbaycan Prezidentinin öz çıxışında bu faktları xüsusi qeyd etməsi Ermənistanı forposta çevirməyə, ermənilərdən isə öz maraqları üçün silah kimi istifadə etməyə çalışan Qərb siyasətçilərinə qarşı tutarlı arqument idi:

“Biz onlara heç bir pislik etməmişdik. Biz onlara çörək vermişdik. Onlar bizim torpağımızda yaşayıb, özləri üçün həyat qurmuşdular. Baxmayaraq ki, XIX əsrdə ancaq onlar buraya göndərilmişdi. Onlar bizə qarşı soyqırımı törətdilər - Xocalı soyqırımı. Otuz il ərzində bütün şəhər və kəndlərimizi dağıtdılar, məscidlərimizi təhqir etdilər, sökdülər. Bütün o bölgəni minalayıblar. Üç yüzdən çox insan artıq minaların qurbanı olub Azərbaycanda. Ona görə biz onların düşməni deyilik, onların düşməni onların arxasında duran və ondan sonra onların arxasından dovşan kimi, siçan kimi qaçan siyasətçilərdir”. 

Azərbaycan Prezidentinin Qərb dairələrinin siyasi kimliyini ifşa edən bu qətiyyətli ifadələri təcrübəli dövlət başısı və peşəkar diplomat kimi İlham Əlyevin vəziyyəti düzgün qiymətləndirmək bacarığından irəli gəlir. Azərbaycan Prezidenti yaxşı bilir ki, bu gün erməni terrorçularından “yazıq” obrazı düzəldən, onların azad olunmasını tələb edən, Ermənistanı növbəti dəfə münaqişəyə sürükləyən Qərb müharibə baş verərsə, döyüş meydanında yer almayacaq. 

Qərb Ermənistanın əvəzinə müharibə aparan deyil. Ona görə də Fransa, ABŞ, Avropa İtifaqı Ermənistanı tək buraxıb qaçmağa üstünlük verəcək. Qərbə Ermənistanın qələbəsi deyil, regionda yeni münaqişə lazımdır. Bu isə Ermənistanın 44 günlük müharibədən daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara bilər. Ona görə də Azərbaycan Prezidentinin çıxışından ermənilər ciddi nəticə çıxartmalı və Qərbin təxribatına uymamalıdır.  

Müşfiq Abdulla
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri