Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir. Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası 29 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
1994-cü ildə ümummilli lider, sabiq Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verilib.
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
Çox sevindirici haldır ki, artıq Konstitusiya Günü bütün Azərbaycan ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda da qeyd olunur.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində Konstitusiya Günü ilə əlaqədar öz fikirlərini bölüşüb: “Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq səsvermə yolu ilə qəbul edilib.