Icma.az
close
up
RU
30 illiyinə hazırlaşan Azərbaycan Konstitusiyası

30 illiyinə hazırlaşan Azərbaycan Konstitusiyası

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycanda Konstitusiya Günü qeyd olunur. 

Müstəqil Azərbaycanın ilk Konstitusiyası 29 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. 1994-cü ildə ümummilli lider, sabiq Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası fəaliyyətə başlayıb və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib. Çox sevindirici haldır ki, artıq Konstitusiya Günü bütün Azərbaycan ərazisində, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda da qeyd olunur.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində Konstitusiya Günü ilə əlaqədar öz fikirlərini bölüşüb: 

“Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq səsvermə yolu ilə qəbul edilib. Bu, müstəqillik əldə ediləndən sonra ilk Konstitusiya hesab olunur. 29 il ərzində bir neçə dəfə- 2002, 2009 və 2016-ci illərdə ümumxalq referendum yolu ilə Konstitusiyaya dəyişiklik və əlavələr edilməklə ali qanun daha da mükəmməlləşdirilib. Konstitusiya ölkənin əsas qanunudur. Son 29 il ərzində bütün qanunlar və qanunvericilik aktları ölkə Konstitusiyasına uyğun qəbul olunub.

Növbəti illərdə qəbul olunacaq qanunlar da Konstitusiyaya uyğunlaşdırılacaq. Konstitusiyaya görə, Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır”. 

Deputat bildirib ki, Konstitusiyada insan hüquq və azadlıqları, vəzifələri, qanunvericilik, icraedici və məhkəmə hakimiyyəti sistemi, o cümlədən yerli özünüidarəetmə sistemini tənzimləyən maddələr əks olunub:

“Gələn ilin noyabrın 12-də Konstitusiyanın 30 illiyi qeyd olunacaq. Hesab edirəm ki, nə zamansa yenidən Konstitusiyada dövrün tələblərinə uyğun olaraq ümumxalq referendum yolu ilə düzəlişlər və əlavələr təsbit oluna bilər”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri