Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda işçilər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə baş verib.
Bərdə rayon sakini, 1985-ci il təvəllüdlü Qədir şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı stəkanla iş yoldaşı Nəsiminin (adlar şərtidir – red.) baş nahiyəsinə vurub. Hadisəni törədən Qədirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Qədir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nəsimini 2024-cü ilin mart ayından tanıyır: “Mən Nəsimiyə məxsus avtoyuma məntəqəsində yuyucu işləmişəm və onunla yaxşı münasibətdə olmuşam. Pula ehtiyacım olduğu üçün ondan 50 manat borc istəmişəm. O, isə bildirdi ki, 30 manat vardır. Mən 30 manatı ondan aldım və bir aya qaytaracağımı dedim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra avtoyuma məntəqəsində çay içərkən Nəsimi onun yanına gəlib və ondan 30 manatı istəyib: “Mən isə dedim ki, pulum yoxdur, 2-3 gün səbr elə, verəcəm. Nəsimi isə mənimlə mübahisə etməyə başladı. Həmin vaxt o, mənə söyüş işlətdiyi üçün bu barədə ona xəbərdarlıq etdim. Lakin Nəsimi söyüş söydüyünə görə əsəbləşdim, özümdən aslı olmayaraq əlimdəki stəkanı onun başına vurdum. Stəkan Nəsiminin başına dəydiyi üçün başından xəsarət aldı. Nəsiminin başından qan axmağa başladı. Həmin vaxt mənimlə avtoyuma məntəqəsində işləyən Şirvan məntəqəyə gəldi və Nəsiminin başından qan axmasını görərək nə baş verdiyini soruşdu. Nəsimi mənə məntəqədən getməyimi bildirdi. Həmin vaxt Nəsimi mübahisə etməsin deyə oradan getdim”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Qədir 3 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə baş verib.