Icma.az
close
up
RU
30 manata görə dostunun başına stəkan çırpdı MƏHKƏMƏ

30 manata görə dostunun başına stəkan çırpdı MƏHKƏMƏ

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda işçilər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə  Xırdalan şəhəri, 28-ci məhəllədə baş verib. 
Bərdə rayon sakini, 1985-ci il təvəllüdlü Qədir şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı stəkanla iş yoldaşı Nəsiminin (adlar şərtidir – red.) baş nahiyəsinə vurub. Hadisəni törədən Qədirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Qədir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Nəsimini 2024-cü ilin mart ayından tanıyır: “Mən Nəsimiyə məxsus avtoyuma məntəqəsində yuyucu işləmişəm və onunla yaxşı münasibətdə olmuşam. Pula ehtiyacım olduğu üçün ondan 50 manat borc istəmişəm. O, isə bildirdi ki, 30 manat vardır. Mən 30 manatı ondan aldım və bir aya qaytaracağımı dedim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra avtoyuma məntəqəsində çay içərkən Nəsimi onun yanına gəlib və ondan 30 manatı istəyib: “Mən isə dedim ki, pulum yoxdur, 2-3 gün səbr elə, verəcəm. Nəsimi isə mənimlə mübahisə etməyə başladı. Həmin vaxt o, mənə söyüş işlətdiyi üçün bu barədə ona xəbərdarlıq etdim. Lakin Nəsimi söyüş söydüyünə görə əsəbləşdim, özümdən aslı olmayaraq əlimdəki stəkanı onun başına vurdum. Stəkan Nəsiminin başına dəydiyi üçün başından xəsarət aldı. Nəsiminin başından qan axmağa başladı. Həmin vaxt mənimlə avtoyuma məntəqəsində işləyən Şirvan məntəqəyə gəldi və Nəsiminin başından qan axmasını görərək nə baş verdiyini soruşdu. Nəsimi mənə məntəqədən getməyimi bildirdi. Həmin vaxt Nəsimi mübahisə etməsin deyə oradan getdim”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Qədir 3 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2026 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri