Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Seysmik cəhətdən aktiv ölkə olan Türkiyədə bütün dövrlərdə insanların kütləvi ölümünə, böyük dağıntılara səbəb olan, ərazidəki şəhər, kənd, qəsəbələri yerlə yeksan edən dəhşətli zəlzələlər baş verib.Adalet.az xəbər verir ki, bu gün həmin dəhşətli zəlzələlərdən birinin yaşandığı gündür.
Beləki, 20 dekabr 1942-ci ildə Anadolu bölgəsinin Tokat vilayətinin Erbaa və Niksar qəsəbələrində 7 bal gücündə zəlzələ baş verdi.
30 saniyəlik təbii fəlakət nəticəsində minlərlə binaya ziyan dəydi, 3 minə yaxın insan həlak oldu.Ərazisi demək olar ki, bütünlüklə qırılma xətləri üzərində olan Türkiyədə ən dəhşətli zəlzələlərdən hesab olunan Tokat zəlzələsindən sonra qəsəbələrin sakinləri uzun müddət özünə gələ, təlaşdan uzaqlaşa bilmədilər.Bundan cəmi 3 il əvvəl - 26 dekabr 1939-cu ildə bölgənin ən böyük zəlzələsi Ərzincan şəhəri yaxınlığında baş verən zəlzələ tarixdə "Anadolu zəlzələsi" kimi tanınır.
Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi.
Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunmuşdu.
Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb oldu.
Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu.