Icma.az
close
up
RU
30 saniyədə 3 min insanı udan əbədi qatil: 82 il əvvəlki Tokat zəlzələsi

30 saniyədə 3 min insanı udan əbədi qatil: 82 il əvvəlki Tokat zəlzələsi

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Seysmik cəhətdən aktiv ölkə olan Türkiyədə bütün dövrlərdə insanların kütləvi ölümünə, böyük dağıntılara səbəb olan, ərazidəki şəhər, kənd, qəsəbələri yerlə yeksan edən dəhşətli zəlzələlər baş verib.


Adalet.az xəbər verir ki, bu gün həmin dəhşətli zəlzələlərdən birinin yaşandığı gündür. Beləki, 20 dekabr 1942-ci ildə Anadolu bölgəsinin Tokat vilayətinin Erbaa və Niksar qəsəbələrində 7 bal gücündə zəlzələ baş verdi. 30 saniyəlik təbii fəlakət nəticəsində minlərlə binaya ziyan dəydi, 3 minə yaxın insan həlak oldu.
Ərazisi demək olar ki, bütünlüklə qırılma xətləri üzərində olan Türkiyədə ən dəhşətli zəlzələlərdən hesab olunan Tokat zəlzələsindən sonra qəsəbələrin sakinləri uzun müddət özünə gələ, təlaşdan uzaqlaşa bilmədilər.
Bundan cəmi 3 il əvvəl - 26 dekabr 1939-cu ildə bölgənin ən böyük zəlzələsi Ərzincan şəhəri yaxınlığında baş verən zəlzələ tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam etmiş və Ərzincanı darmadağın etmişdi. Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunmuşdu. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb oldu. Nəticədə, təqribən, 17 min bina dağılmış, 100 min insan yaralanmış, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olmuşdu. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı.
Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub. Bu hadisədən 3 il sonra baş verən sonra Tokat- Erbaa – Niksar zəzələsiəhali arasında böyük təlaş və çaxnaşma yaratmışdı.
Tokat- Erbaa- Niksar zəlzələdən özünə gəlməmiş anadolular aradan heç bir il ötməmiş bölgədə növbəti bir fəlakət - Tosya-Ladik zəlzələsi baş verdi. 1943-cü il noyabrın 27-də baş vermiş zəlzələ zamanı 10 mindən artıq ev uçdu, 7 mindən artıq insan tələf oldu. Bundan da 1 il sonra 1944-cü ildə 7,5 ballıq Bolu Gerededə növbəti dəfə dəhşət yaratdı. 3,959 insan həyatını itirir...

İzmit zəlzələsi maqnitudasına və nəticəsinə görə, XX əsrin ən qorxunc təbii fəlakəti hesab olundu. 17 avqust 1999-cu ildə Türkiyənin İzmit şəhərində baş verən 7,6 bal gücündə zəlzələ zamanı rəsmi məlumatlara görə, 18373 adam öldü, 48901 nəfər yaralandı, 500 min nəfər isə evsiz-eşiksiz qaldı, amma əksər mənbələr zəlzələ nəticəsində azı 40 min nəfərin dünyasını dəyişdiyi və bir o qədərinin də yaralandığı qənaətindədir.

Bundan əlavə, 120 min bina tamamilə dağılmışdı və onları yenidən bərpa etmək məqsədəuyğun hesab edilmədi. 50 min bina isə ciddi şəkildə zədələnmişdi. 2000 bina isə çökmüşdü. Zəlzələ nəticəsində Türkiyəyə 25 milyard dollar zərər dəydi.
Qeyd edək ki, haqqında yazdığımız bu zəlzələlər təkcə Anadolu ərazisindəki zəlzələlərin bir neçəsidir.
Amma bir gün Türkiyə ərazisində 7 bal gücündən artıq olan zəlzələlərin dəhşəti ilə bağlı məqaləmiz olacaq!


Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri