Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Küçələrdə, meydanlarda, istirahət və mədəniyyət parklarında, gəzinti yerlərində tez-tez insanların tum qabığını, meyvə çəyirdəyini, yemək qalıqlarını, plasmas və şüşə su butulkalarını, içi məişət tullantıları ilə dolu olan sellofan torbaları yerə atdıqlarının şahidi oluruq”.
Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, bəzən tullantıları ağaclarını dibinə, oturduqları oturacaqların yanına, çox hallarda isə qazonun üzərinə qoyurlar: “Xüsusən tum qabıqlarını sanki gizlədirmişlər kimi parkın ot örtüyünün üzərinə atırlar.
Şəhərlərarası, hətta şəhərdaxili yollarda bəzi avtomobil sürücülərinin qida qalıqlarını, içki bankalarını küçəyə tulladıqlarını da ürək ağrısı ilə müşahidə edirik.
Bütün bunlar yolverilməzdir. İnkişaf etmiş ölkələr artıq bu problemdən çıxış yolu tapıblar.
Avropa ölkələrinin əksəriyyətində şəhərlərdə küçələr tərtəmizdir”.
Ekspert diqqətə çatdırıb ki, Bakı da tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Bəzən xaricdən gələn qonaqlar küçələrdə xoşagəlməz mənzərə ilə qarşılaşırlar.