Icma.az
close
up
RU
300 manat cərimə də insanları çəkindirmir: “Kamera nəzarəti olsun”

300 manat cərimə də insanları çəkindirmir: “Kamera nəzarəti olsun”

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Küçələrdə, meydanlarda, istirahət və mədəniyyət parklarında, gəzinti yerlərində tez-tez insanların tum qabığını, meyvə çəyirdəyini, yemək qalıqlarını, plasmas və şüşə su butulkalarını, içi məişət tullantıları ilə dolu olan sellofan torbaları yerə atdıqlarının şahidi oluruq”. 

Bu sözləri “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, bəzən tullantıları ağaclarını dibinə, oturduqları oturacaqların yanına, çox hallarda isə qazonun üzərinə qoyurlar:

“Xüsusən tum qabıqlarını sanki gizlədirmişlər kimi parkın ot örtüyünün üzərinə atırlar. Şəhərlərarası, hətta şəhərdaxili yollarda bəzi avtomobil sürücülərinin qida qalıqlarını, içki bankalarını küçəyə tulladıqlarını da ürək ağrısı ilə müşahidə edirik. Bütün bunlar yolverilməzdir. İnkişaf etmiş ölkələr artıq bu problemdən çıxış yolu tapıblar. Avropa ölkələrinin əksəriyyətində şəhərlərdə küçələr tərtəmizdir”. Ekspert diqqətə çatdırıb ki, Bakı da tez-tez beynəlxalq tədbirlərə ev sahibliyi edir: 

“Bəzən xaricdən gələn qonaqlar küçələrdə xoşagəlməz mənzərə ilə qarşılaşırlar. Yaxşı olar ki, insanlarımız məsuliyyətini dərk etsin, yanlış vərdişlərdən uzaqlaşsın. 

Birdəfəlik bilmək lazımdır ki, küçə və parklarda istifadə olunan qida qalıqlarını, su qablarını, sellofan torbaları yerə atmaq olmaz. Zibili atmaq üçün məişət tullantıları qabları qoyulub. İnsan evdən çıxarkən boş sellofan və ya kağız torpalar götürməli, qida qalıqlarını, su butulkalarını, içki bankalarını, hətta çırtladığı tumun qabıqlarını ona yığmalı və yaxınlıqdakı məişət tullantıları yeşiklərini atmalıdır. Yaxşı olar ki, insanlarımızın düşüncəsində dəyişiklik baş versin. Bunun üçün aşağı yaşlardan ekoloji şüurun formalaşdırılması istiqamətində işlər görülməlidir”. 

Elman Cəfərlinin sözlərinə görə, məişət tullantılarının idarə olunması ilə bağlı maarifləndirmə aparılmalıdır: 

“Bu işdə media, vətəndaş cəmiyyəti əməkdaşlıq etməli, birgə aksiyalar təşkil olunmalıdır. İnsanlar məlumatlandırılmalıdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, məişət tullantılarının müəyyən olunmuş qablardan kənar yerlərə atılmasına görə cərimələr tətbiq edilir. 

Qeyd edim ki, yerə zibil atılmasına görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə oluna bilər. Cərimələr ona görə sərtləşdirilib ki, insanlarımız maarifləndirmə ilə köhnə şakərlərindən əl çəkmək istəmirlər. Kamera ilə nəzarət mexanizminin tətbiqi də yaxşı olardı. Bu, təkcə sürücülərə deyil, piyadalara da şamil olunmalıdır. Bu şəhər hamımızındır. Bakının küçə və parklarının təmizliyinin qayğısına hamımız bir yerdə qalmalıyıq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Açar sözlər: Elman Cəfərli ekoloq zibil atmaq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri