Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Sosial şəbəkələrdə onlayn kredit təşkilatı və kollektor şirkətinin vətəndaşa qarşı qanunsuz əməllər törətdiyinə dair növbəti iddia yayılıb.
“Yeni Sabah” xəbər verir ki, vətəndaş Ramil Əkbərovun paylaşdığı məlumata görə, "Manato" platformasına olan 250 manatlıq kredit borcu faizlər hesabına 500 manata qalxdıqdan sonra iş borcların yığılması ilə məşğul olan "BOA Agency" kollektor şirkətinə həvalə olunub.
Şikayətçinin sözlərinə görə, o, hissə-hissə ödəniş edərək borcu 359 manata endirdikdən sonra şirkət əməkdaşları ona şifahi güzəşt təklif ediblər: 300 manat ödəniləcəyi təqdirdə qalan 59 manatlıq borc silinəcək. Vətəndaş bu şərtlə razılaşaraq başqa mənbədən vəsait cəlb etməklə 300 manatı tam ödəyib. Lakin 2 ay keçdikdən sonra kollektor şirkəti vətəndaşla yenidən əlaqə saxlayaraq adında 59 manat qalıq borcun olduğunu və onu ödəməli olduğunu tələb edib. Sezar pizza
Vətəndaş verilən vədə və razılaşmaya istinad etdikdə isə şirkət nümayəndələri "əməkdaşımız səhv edib" bəhanəsilə məsuliyyətdən boyun qaçırıblar. O, məsələni məhkəməyə daşıyacağı ilə bağlı xəbərdarlığına isə qarşı təfərin istehzalı cavab verdiyi iddia olunur.