Icma.az
close
up
RU
“300 manat ödəniləcəyi təqdirdə qalan 59 manatlıq borc silinəcək” kələyi

“300 manat ödəniləcəyi təqdirdə qalan 59 manatlıq borc silinəcək” kələyi

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Sosial şəbəkələrdə onlayn kredit təşkilatı və kollektor şirkətinin vətəndaşa qarşı qanunsuz əməllər törətdiyinə dair növbəti iddia yayılıb.

“Yeni Sabah” xəbər verir ki, vətəndaş Ramil Əkbərovun paylaşdığı məlumata görə, "Manato" platformasına olan 250 manatlıq kredit borcu faizlər hesabına 500 manata qalxdıqdan sonra iş borcların yığılması ilə məşğul olan "BOA Agency" kollektor şirkətinə həvalə olunub.

Şikayətçinin sözlərinə görə, o, hissə-hissə ödəniş edərək borcu 359 manata endirdikdən sonra şirkət əməkdaşları ona şifahi güzəşt təklif ediblər: 300 manat ödəniləcəyi təqdirdə qalan 59 manatlıq borc silinəcək. Vətəndaş bu şərtlə razılaşaraq başqa mənbədən vəsait cəlb etməklə 300 manatı tam ödəyib. Lakin 2 ay keçdikdən sonra kollektor şirkəti vətəndaşla yenidən əlaqə saxlayaraq adında 59 manat qalıq borcun olduğunu və onu ödəməli olduğunu tələb edib. Sezar pizza

Vətəndaş verilən vədə və razılaşmaya istinad etdikdə isə şirkət nümayəndələri "əməkdaşımız səhv edib" bəhanəsilə məsuliyyətdən boyun qaçırıblar. O, məsələni məhkəməyə daşıyacağı ilə bağlı xəbərdarlığına isə qarşı təfərin istehzalı cavab verdiyi iddia olunur.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see380

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see338

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see328

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see311

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see302

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see296

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see273

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see254

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see251

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see238

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see203

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see178

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri