31 dekabrda istefa verəcək? | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. Son günlər Ukrayna Prezidenti Volodimir Zelenski haqqında daha bir iddia yayılıb.
Onun istefa verəcəyi deyilir. Hətta bununla bağlı konkret tarix də verilib.
Belə ki, Ukrayna liderinin 31 dekabrda xalqa müraciəti zamanı istefa qərarını açıqlayacağı iddia olunur.
İstər Ukrayna daxilindən, istərsə də Qərb ölkələrinin onu bu qərarı verməyə məcbur etdiyi bildirilir.
Maraqlıdır, deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Zelenski 31 dekabrda istefa verəcək?
Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Zəlimxan Məmmədli bildirib ki, Zelenskinin istefa verməsi üçün ciddi əsas yoxdur: “Demokratik təfəkkür olan yerdə istefa vermək çox rahatdır.
Ona görə də Volodimir Zelenski istefa verə bilər. Lakin bunun qəbul olunmama ehtimalı da var.
Düzdür, Ukraynada prezident seçkiləri keçirilməli idi. Ancaq müharibə vəziyyəti olduğu, ölkənin ərazisinin bir hissəsi işğal edildiyi üçün s
Tam oxu
Xəbəri oxu