Icma.az
close
up
RU
31 dekabrda istefa verəcək?

31 dekabrda istefa verəcək?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Son günlər Ukrayna Prezidenti Volodimir Zelenski haqqında daha bir iddia yayılıb. 

Onun istefa verəcəyi deyilir. Hətta bununla bağlı konkret tarix də verilib. Belə ki, Ukrayna liderinin 31 dekabrda xalqa müraciəti zamanı istefa qərarını açıqlayacağı iddia olunur. İstər Ukrayna daxilindən, istərsə də Qərb ölkələrinin onu bu qərarı verməyə məcbur etdiyi bildirilir. 

Maraqlıdır, deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Zelenski 31 dekabrda istefa verəcək? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlama verən politoloq Zəlimxan Məmmədli bildirib ki, Zelenskinin istefa verməsi üçün ciddi əsas yoxdur: 

“Demokratik təfəkkür olan yerdə istefa vermək çox rahatdır. Ona görə də Volodimir Zelenski istefa verə bilər. Lakin bunun qəbul olunmama ehtimalı da var. Düzdür, Ukraynada prezident seçkiləri keçirilməli idi. Ancaq müharibə vəziyyəti olduğu, ölkənin ərazisinin bir hissəsi işğal edildiyi üçün seçkilər keçirilmir. 

Ukrayna Konstitusiyası və beynəlxalq hüquqa əsasən prezidentin səlahiyyətlərinin uzadılması normal sayılır. O, sadəcə Ukraynanın milli maraqlarını nəzərə alaraq istefa verər. Lakin indiki vəziyyətdə Zelenskinin istefa verməsi üçün ciddi əsas yoxdur. Məncə, belə bir proses baş verməyəcək”. 

Ekspert diqqətə çatdırıb ki, Zelenski bir müddət əvvəl xalqa müraciət edib: 

“O, Ukraynaya təklif olunan təslimçilik aktına qarşı mübarizədə xalqdan dəstək istədi. Üstəlik, xalq da Zelenskini dəstəklədi. Hesab edirəm ki, indiki vəziyyətdə Ukrayna xalqını və Zelenskinin tutduğu siyasi kursu dəstəkləmək lazımdır.

Ukrayna xalqı bu vaxta qədər verdiyi mübarizədən bir günün içərisində xırda duyğularla imtina etmək iqtidarında deyil. Zelenski də bu prosesin içərisində parlayan, dünyanın diqqətini cəlb edən və diplomatik manevrləri güclü olan bir lider kimi yetişib”. 

Politoloqun sözlərinə görə, böyük güclərin bir dövlətin, xalqın iradəsinə zorla təslim etməyə çalışması çox qorxulu presedentin əsasını qoya bilər: 

“Hətta gələcəkdə Cənubi Qafqazda da zorakılıqlar ola bilər. Buna görə proses çox mürəkkəbdir. Tramp və Putin diktə edərək, Ukraynanı xaosa sürükləyərək öz maraqlarını təmin etmək istəyirlər. Putin rus şovinizmini davam etdirmək, Tramp isə Ukraynadakı əlvan metalları ələ keçirmək məqsədi güdür. 

Ümumiyyətlə, həm Ukraynanın, həm də Avropanın taleyini həll edən prosesin açarı Kiyevdədir. Ona görə də Ukraynaya sadə məsələ kimi baxmaq lazım deyil. Dünyada toqquşan qütblərin episentri Ukraynadır. 

Orada ya demokratiya qalib olacaq, ya da avtoritarizm gələcək. İkinci halda dünyada yeni bir xaosun əsası qoyulacaq”. 

Zəlimxan Məmmədli Ukraynadakı korrupsiya faktları barədə isə bunları deyib: 

“Zelenski komandasında korrupsiya faktını olduğunu etiraf etdi, hətta öz dostunu istefaya göndərdi. Ukraynada bütün korrupsiya faktları müstəqil qruplar tərəfindən araşdırılacaq və bu əməli törədənlər məhkəmə qarşısında cavab verəcəklər. Yəni orada müharibəyə rəğmən korrupsiyaya qarşı mübarizə prioritetdir. 

Ukrayna liderinin isə korrupsiyaya bulaşdığına inanmıram. Zelenskinin bu qədər mübarizədən sonra korrupsiyaya görə hakimiyyətdən kənarlaşdırılacağını da zənn etmirəm”. 

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: Zelenski Zəlimxan Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri