Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Bu hadisələr hələ fevralın 26-na qədər baş verirdi.
Gündə qırğın-qiyamət idi. Biz bilmirdik ki, Xocalı əldən gedəcək və orada son günlərimizi yaşayacağıq. Hər axşam zirzəmilərə yığışırdıq.
İşıq yox idi, çıraq ümidinə qalmışdıq. Bir dənə motor işlədirdilər ki, nəsə baş versə biz camaata xəbər etsinlər.
25-dən 26-na keçən gecə mən o dəhşətli günləri yaşamışam. Biz Qarqar çayını keçib meşəyə girdik, 5 gün atışmada, yolları aza-aza ayaqyalın A
Bizimlə gələn əksər Xocalı sakinləri əsir düşdü, nə qədər cavanlarımız şəhid oldu. İndiki qar deyildi yağan.. Göydən sanki bəla yağırdı..
Nə qədər danışsam da fikirlərimi ifadə edə bilmirəm. Xalam qızı Elnarə Aslanova əsir, xalam oğlu, Milli qəhrəman Araz Səlimov şəhid oldu.
Onun barmaqlarını necə qırıq-qırıq etmişdilərsə xalam oğlunun meyitini təkcə xalından tanıdı..
Qocalara, əliyalın xalqa, uşaqlara əl qaldıran millət millət deyil.