Icma.az
close
up
RU
32 il sonra atasının dağıdılmış məzarını tapan Xocalı sakini: “Barmaqlarını necə qırıq qırıq etmişdilərsə...“

32 il sonra atasının dağıdılmış məzarını tapan Xocalı sakini: “Barmaqlarını necə qırıq qırıq etmişdilərsə...“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu hadisələr hələ fevralın 26-na qədər baş verirdi. Gündə qırğın-qiyamət idi. Biz bilmirdik ki, Xocalı əldən gedəcək və orada son günlərimizi yaşayacağıq. Hər axşam zirzəmilərə yığışırdıq. İşıq yox idi, çıraq ümidinə qalmışdıq. Bir dənə motor işlədirdilər ki, nəsə baş versə biz camaata xəbər etsinlər. 25-dən 26-na keçən gecə mən o dəhşətli günləri yaşamışam. Biz Qarqar çayını keçib meşəyə girdik, 5 gün atışmada, yolları aza-aza ayaqyalın Ağdama gəlib çatdıq. Bizimlə gələn əksər Xocalı sakinləri əsir düşdü, nə qədər cavanlarımız şəhid oldu. İndiki qar deyildi yağan.. Göydən sanki bəla yağırdı.. Nə qədər danışsam da fikirlərimi ifadə edə bilmirəm. Xalam qızı Elnarə Aslanova əsir, xalam oğlu, Milli qəhrəman Araz Səlimov şəhid oldu. Onun barmaqlarını necə qırıq-qırıq etmişdilərsə xalam oğlunun meyitini təkcə xalından tanıdı.. Qocalara, əliyalın xalqa, uşaqlara əl qaldıran millət millət deyil. Yaxın qohumlarımızdan bir neçə nəfər şəhid olub, bir neçəsi də əsir düşüb”

Bunu Moderator.az-a açıqlamasında Xocalı sakini Səadət Zeynalova deyib. O daha sonra əlavə edib:

“Mən Xocalıdan çıxanda 23 yaşım var idi. İndi isə 56 yaşım var. Bu gün çox sevincliyəm ki, artıq Xocalıdayıq, orada evlə təmin olunmuşuq. Öz ata yurdumuzdayıq. Xocalını gəzdim, ata yurdumu ziyarət etdim. Xocalını bir günə qoymuşdular..32 il sonra atamın dağıdılmış məzarını tapıb, ziyarət etdim. Dedim ki, ata, ruhun şad olsun, biz artıq Xocalıdayıq. Atama ilk dəfə quran oxutdum. Qardaşımı görüntülü yığırdım ki, mənə izah etsin ki, bizim evimiz haradadır? Evimizdən bir daş belə tapa bilmədik. İllər, əsrlər keçsə də biz Xocalı soyqrımını unutmayacağıq. Unutmuruq, unutdurmağa da qoymuruq. Xocalıların yarası yavaş-yavaş sağalacaq. Çünki qəhrəman oğullarımız tökülən qanları yerdə qoymadılar” deyə Xocalı sakini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri