Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının Suraxanı rayonunda 1992-ci il təvəllüdlü Fərid pul borcu üstündə yaranan mübahisə zamanı tanışı Əhmədə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 oktyabr 2023-cü ildə Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində baş verib.
Fərid həmin gün saat 21:00-da qonşuluqda yaşayan tanışı Əhmədin ondan 15 manat məbləğində borcunu tələb etməsi səbəbindən sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirməsindən sonra o, qisas almaq məqsədi ilə həmin küçədə yerləşən yaşadığı ünvana gedib.
Fərid evdən bıçağı götürərək hadisə yerinə qayıdıb və üzərində olan həmin bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Əhmədə xəsarətlər yetirib.
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 17 oktyabr 2023-cü ildə, axşam saat 18:00-da işdən evə qayıdan zaman yolda Əhmədlə rastlaşıb: “Salamlaşdıqdan sonra Əhməd məndən 5 manat borcu nə vaxt qaytaracağımı soruşdu.