Icma.az
close
up
RU
33 yaşlı kişi pul borcu üstündə uşaqlıq dostunu bıçaqladı

33 yaşlı kişi pul borcu üstündə uşaqlıq dostunu bıçaqladı

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakının Suraxanı rayonunda 1992-ci il təvəllüdlü Fərid pul borcu üstündə yaranan mübahisə zamanı tanışı Əhmədə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 oktyabr 2023-cü ildə Suraxanı rayonu, Ramana qəsəbəsi, S.Əliyev küçəsində baş verib. Fərid həmin gün saat 21:00-da qonşuluqda yaşayan tanışı Əhmədin ondan 15 manat məbləğində borcunu tələb etməsi səbəbindən sonuncunun təşəbbüsü ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla qəsdən vuraraq ona xəsarətlər yetirməsindən sonra o, qisas almaq məqsədi ilə həmin küçədə yerləşən yaşadığı ünvana gedib. 
Fərid evdən bıçağı götürərək hadisə yerinə qayıdıb və üzərində olan həmin bıçaqla qəsdən bir dəfə zərbə vuraraq Əhmədə xəsarətlər yetirib. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 17 oktyabr 2023-cü ildə, axşam saat 18:00-da işdən evə qayıdan zaman yolda Əhmədlə rastlaşıb: “Salamlaşdıqdan sonra Əhməd məndən 5 manat borcu nə vaxt qaytaracağımı soruşdu. Mən isə ondan hansı 5 manatdan bəhs etdiyini soruşdum. Bu zaman aramızda mübahisə yarandı. Əhməd məni şillə ilə vurdu, sonra biz əlbəyaxa dalaşdıq. Mən qaşımdan xəsarət aldım. Daha sonra aralaşaraq evə qayıtdım. Atam məndən hadisə barədə soruşdu. Atama Əhmədlə dava etdiyimi bildirdim. Atam daha sonra Əhmədin atası ilə danışmaq üçün evdən çıxdı. Mən isə özüm ilə qatlanıb-açılan cib bıçağı götürərək atamın arxasınca Əhmədin evinə getdim. Atam Əhmədin atası ilə, mən isə Əhmədlə danışmağa başladıq. Danışıq zamanı Əhmədin qarnından bıçaqla bir dəfə vuraraq bıçağı zibil qutusuna atdım və oradan uzaqlaşdım. Əhməd maşına minib xəstəxanaya getdi. Daha sonra ailə üzvlərim ilə birlikdə Əhmədi xəstəxanada ziyarətə getdim və bacardığım qədər xəstəxana xərclərini qarşılamışıq. Bir müddət sonra könüllü şəkildə 31-ci Polis Şöbəsinə gedərək təslim oldum. Əməlimdən peşmanam”. 
Təqsirləndirilən şəxs bildirib ki, Əhmədi uzun illərdir tanıyır, Əhmədlə eyni məhəllədə bir yerdə böyüüblər. O deyib ki, Əhmədlə yaxşı münasibətləri olub, onu vurduqdan sonra peşman olaraq xəstəxanaya gedib və imkanı daxilində xəstəxana, müalicə xərclərini ödəyib. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olaraq Əhməddən üzr istədiyini, onunla barışdığını bildirib. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Əhmədin sözlərinə görə, aralarında normal dostluq münasibətəri olub: “Fərid məndən hadisədən 2-3 ay əvvəl 15 manat pul aldı. Lakin, hər dəfə borcu istədikdə Fərid imkanının olmadığını dedi. Bir dəfə də aramızda olan söhbət zamanı borcunu istəyən zaman Fəridlə aramızda dava-dalaş yarandı. Fərid də əsəbləşərək bıçaqla sol qarın nahiyyəmdən vurdu. Lakin sonradan Fərid əməlindən peşman oldu, məndən üzr istədi və biz barışdıq. Fəridlə  münasibətlərimiz həmişə yaxşı olub, hazırda da çox yaxşı həm dostluq, həm qonşuluq münasibətlərimiz var. Hadisədən sonra özüm xəstəxanaya getmişəm. Xəstəxanada müalicə aldığım müddətdə Fərid və ailəsi imkanları çatdığı qədər xəstəxana xərclərinə kömək ediblər”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri